Language:
English
Dəri tikişləri. Master klass. Modul 1
HekimTap-ın təşkilatçılığı ilə 1-2 dekabr 2017-ci il tarixlərində Avropa Plastik, Rekostruktiv və Estetik Cərrahiyyə Kollegiyasının üzvü Uzm. Dr. İlyas Axundzadə tərəfindən “Dəri tikişləri. Nəzəriyyə. Praktika.” adlı master-klass keçiriləcək!
Təlimin Proqramı:
I gün 1 dekabr
15.00-15.20 Qeydiyyat, Coffee-break
15.20-15.30 Açılış: Təhsil üzrə menecer Bəyaz Babayeva
15.30-16.30 Nəzəri bölüm: Dəri quruluşu. Yara tərifi, yara növləri. Yara sağalması, yaranın qızıl periodu və ilkin cərrahi işləməsi.Tikiş göstərişləri və əks-göstərişləri. Tikiş növləri. Qayçı, pinset və iynətutandan istifadə edilməsi. Təhlükəsizlik texnikası.
16.30-17.30 Praktiki bölüm: Xarici düyünlü tikişlər. Dəri altı (dermal) düyünlü tikişlər. Derma, iynənin giriş - çıxış yerləri işarələnmiş süngər üzərində. Sadə kəsilməz tikiş. İntradermal tikiş. Derma işarələnmiş süngər üzərində.
II gün 2 dekabr
12.00-12.30 Nəzəri bölüm: Üzün kəskin yaralanmaları. Tikiş materialı anlayışı, iynə və sap növləri, istifadə sahələri.
12.30-13.00 Praktiki bölüm: Döşək (matras) tikişləri – üfiqi, şaquli, yarı-bastırılmış, kəsilməz. İşarəsiz süngər üzərində.
13.00-13.30 Coffee-break
13.30-14.10 Nəzəri bölüm: Yerli keyləşdirmə anlayışı, dərmanlar, tədbiq protokolu, fəsadlar və onların aradan qaldırılması. Dodaq, göz, qaş, burun dəlikləri və qulaq tikilməsinin xüsusiyyətləri. Aseptika və antiseptika haqqında əsas anlayışlar. .
14.10-14.40 Praktiki bölüm: Yaranın antiseptik məhlulu ilə təmizlənməsi və cərrahi əlcəkdə tikiş tədbiqi (sünqər üzərində).
14.40-15.00 Nəzəri bölüm: Cərrahiyyədə nizam-intizam anlayışı, subordinasiya. Cərrah assistentin funksiyaları.
15.00-15.30 Praktiki bölüm: Asistent iştirakı ilə yara tikilməsi: “qan” (boya) ilə islanmış süngər üzərində yaraların tikilməsi və asistentin yaranı tampon ilə qurutması.
15.30-16.30 Yekun imtahan.
16.30-17.00 Sual-cavab. Sertifikatların təqdimatı.
İştirak üçün şərtlər:
Təlim yalnız həkimlər, rezidentlər və tibb tələbələri üçün nəzərdə tutulub.
Aparılan dil: Azərbaycan, sual-cavab – Azərbaycan, Rus
Sertifikat verilir (HekimTap)
Qeydiyyatın son günü 30 noyabr 2017-ci il
Tədbirdə iştirak etmək üçün aşağıdakı link vasitəsi ilə qeydiyyatdan keçə bilərsiniz:
https://goo.gl/forms/kUQUn7kgDeLFjYvg2
Tarix: 1-2.12.2017
Əlavə məlumat üçün əlaqə:
Tel.: (+994) 50 549-66-88
E-mail: courses@hekimtap.az
Web sayt: www.hekimtap.az
Mövzu ilə bağlı video:
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1