Language:
English
Botulinoterapiya. Master-klass !
Xroniki migren və müasir müalicə metodları. Botulinoterapiya
Hörmətli həkim və rezidentlər! Sizləri 11-12.08.2017-ci il tarixində saat 13.00-da HekimTap kompaniyasının rəhbərliyi ilə nevrologiyanın aktual mövzularından biri olan “Xroniki miqren və müasir müalicə metodları” mövzusunda Master-Klassa dəvət edirik! Təlim ABŞ-ın Allergan şirkətinin Azərbaycandakı rəsmi nümayəndəsi olan həkim-nevroloq, PhD Dr. Hüseyn Sultanov tərəfindən aparılacaq. Master-klass miqrenin və xroniki miqrenin müalicəsində ən müasir və yüksək səviyyəli mənbələrdən istifadə edilmiş tibbi protokollar üzərində qurulmuş, botulinoterapiyanın həm nəzəri, həm praktiki hissəsindən ibarət olacaq. Təlimin sonunda mövzuya dair test üsulu ilə bilikləriniz yoxlanacaq. Odur ki, qeydiyyatdan keçməyə tələsin, yerlər məhduddur!
Təlimin proqramı:
I gün 11 avqust
13:00-13:30 Qeydiyyat,Coffee-break
13:30-13:40 HekimTap-ın Azərbaycandakı nümayəndəliyinin təhsil üzrə menecerinin prezentasiyası
13:40-15:40 I hissə Sinir xəstəliklərində molekulyar immunoloji diaqnostika
15:40-16:00 Coffee-break
16:00-18:00 II hissə Miqren. Xroniki miqren. Xroniki miqrenin diaqnostikasında düzgün sualların qoyuluşu. Xroniki miqrenin müalicəsi. Xroniki miqrenin müalicəsində botulinoterapiya (BOTOX®)
II gün 12 avqust
13:00-13:30 Coffee-break
13:30-15:30 Botulinoterapiyanın aparılmasının ümumi qaydaları. Praktiki məşğələlər.
15.30-15.45 Coffee-break
15:45-17:30 Xroniki miqrendə botulinoterapiya aparılması qaydaları. Praktiki məşğələlər.
17:30-17:50 Müzakirə, sual-cavab
17:50-18:00 Təlimin yekunu, sertifikatların verilməsi
İştirak üçün şərtlər:
Təlim praktik həkimlər və rezidentlər üçün nəzərdə tutulub.
Aparılan dil: Azərbaycan, Rus, sual-cavab – Azərbaycan, Rus
Sertifikat verilir (HekimTap&Allergan)
Qeydiyyatın son günü 10 avqust 2017-ci il
Təlimlərdə iştirak etmək istəyən həkimlər aşağıdakı qeydiyyat formasından keçməlidir:
https://docs.google.com/forms/d/e/1FAIpQLSeLl5bLXlJT2EZZqvyMEXLkOagmTueIYghQTuxbB-a0LMqV6Q/viewform
Tarix: 11-12.08.2017
Məkan: KEPRO Esthetic& Antiage Clinic
Ünvan: Bakı şəh., Həsənoğlu küçəsi 13
Əlavə məlumat üçün əlaqə:
Mob.: (+994) 50 549-66-88
E-mail: courses.hekimtap@gmail.com
Web sayt: www.hekimtap.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1