Language:
English
3D implantasiya
Hörmətli stomatoloqlar, rezidentlər və tibb tələbələri, Sizləri böyük məmnuniyyətlə HəkimTap-ın təşkilatçılığı ilə 24 fevral 2018-ci il tarixdə Chirag Plazada “Aesthetic & Functional Dentistry” təlim mərkəzinin yaradıcısı, Ukraynada, həmçinin, digər xarici ölkələrdə bir sıra ON-LINE əməliyyatların, vebinarların, praktiki məşğələlərin, konfransların təşkilatçısı Andrey Salamaxa tərəfindən keçiriləcək "3D implantasiya" adlı seminara dəvət edirik.
Seminar proqramı:
09.30 – 10.00 Qeydiyyat
10.00 – 11.00 I mühazirə: 3D şablonlar – keyfiyyətli implantologiyanın əsasları. Şablonların müqayisəli xarakteristikası. Klinik və laborator mərhələlər. Şablon planlaşdırılması zamanı komanda yanaşması. Tam adentiya zamanı şablonlar. Proqramın əsas funksiyaları. Hazırlanma müddəti və məsrəflər.
11.00-11.30 – Kofe fasiləsi
11.30-13.00 – II mühazirə: Allogen materialın istifadə xüsusiyyətləri. Sümük materiallarının növləri və tətbiq metodları. Sinus liftinq. Lateral augmentasiya. Fantom modeldə video-nümayiş.
13.00-14.00 – Nahar
14.00-15.00 – III mühazirə: Keyfiyyətli ortopediya - komanda yanaşmanın nəticəsidir. Müvəqqəti qapaqlar. Daimi qapaqlar. Fərdi titan abatmentlər. Zirkon abatmentlər. Fərdi transferlər, ölçü qaşıqları, sadə transferlər və yunion transferlər
15.00-15.30 – Kofe fasiləsi
15.30-17.00 – IV mühazirə: Tam adentiya zamanı sementsiz fiksasiya olunan konstruksiyalar. Tam və hissəvi çıxan protezlərin müsbət və mənfi cəhətləri. Tam adentiyalı xəstənin konsultasiyasının xüsusiyyətləri. Kliniki və laborator mərhələlərin ətraflı araşdırılması. Birləşmə elementləri "qalvanik + titan". Birləşmə elementləri "FGP + titan". Müayinə mərhələsində planlaşdırılma və qiymətin dəyərləndirilməsi.
İştirak üçün şərtlər:
– Təlim stomatoloqlar üçün nəzərdə tutulub.
– Aparılan dil: Rus, sual-cavab – Rus
– Sertifikat verilir: (HekimTaр)
– Qeydiyyatın son günü – 22 fevral 2017-ci il
Seminarda iştirak etmək istəyənlər aşağıdakı qeydiyyat formasını doldurmalıdırlar:
https://docs.google.com/forms
Andrey Salamaxa tərəfindən video müraciət:
Tarix: 24.02.2018
Məkan: Chirag Plaza
Ünvan: 49/C Tbilisi prospekti, Bakı 1065
Əlavə məlumat üçün əlaqə:
Mob.: (+994) 50 549-66-88
E-mail: courses@hekimtap.az
Web sayt: www.hekimtap.az
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1