Language:
English
Psixoloji problemi olan uşaqların valideynləri ilə görüş
Hörmətli HekimTap izləyiciləri, 1 aprel saat 11:00-da Səlis Danışıq Loqopedik və Psixoloji Mərkəzində HekimTapın təşkilatçılığı ilə 2012-ci ilin "Yılın Düşünce Adamı" mükafatına layiq görülmüş, 10-dan çox kitabın müəllifi, 20-dən çox seminar və təlimlərin təşkilatçısı Uzman psixoloq Kazım Yurdakul autizm, əqli gerilik, fobiyalar, sosiopatiya, şizofreniyadan əziyyət çəkən uşaqların valideynləri ilə görüş keçirəcək. Uşaqları yuxarıda adları sadalanan problemlərdən əziyyət çəkən valideynlər onları maraqlandıran bütün sualları həkimə ünvanlayaraq, ətraflı məlumat ala biləcəklər. Tədbir tamamilə ÖDƏNİŞSİZDİR. Övladınızın qeydinə HekimTapla qalın.
İştirak üçün şərtlər:
Uşaqlarla gələcək şəxslər onların birinci dərəcə qohumları - valideynləri olmalıdır.
Tədbir ÖDƏNİŞSİZDİR.
Tədbirdə iştirak etmək istəyənlər aşağıdakı qeydiyyat formasını doldurmalıdırlar:
https://docs.google.com/forms
Tarix: 01.04.2018
Məkan: Səlis Danışıq Loqopedik və Psixoloji Mərkəzi
Ünvan: N.Nərimanov rayonu, Fətəli Xan Xoyski küçəsi 169A.
Əlavə məlumat üçün əlaqə:
Mob.: (+994) 50 549-66-88
Web sayt: www.hekimtap.az
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1