Language:
English
Hörmətli həkimlər! Sizi “Mədə-bağırsaq qanaxmalarının təcili cərrahiyyəsi və endoskopiyası üzrə təkmilləşmə kursu”na dəvət edirik!
Kimlər üçün nəzərdə tutulub: həkim-cərrahlar, həkim-endoskopistlər, təhsil və səhiyyə sistemi müəllimləri üçün
Tarix: 15.01.2017-26.01.2017
Kursun müddəti: 80 saat
Kursun müddəti: Belarus, Minsk ş.
Təkmilləşmə kursunun proqramı:
1. Mədə-bağırsaq traktının instrumental və şua tətqiqat metodları;
2. Mədə-bağırsaq qanaxmalarının intensiv terapiyası;
3. Qan preparatlarının transfuziyası;
4. Mədə-bağırsaq qanaxmalarının medimekantoz terapiyası;
5. Mədə və 12 barmaq bağırsağın qanayan xorasının səbəbləri və inkişaf mexanizmi, klinika və diaqnostikasına müasir yanaşma;
6. Mədə və 12 barmaq bağırsaq xorasının konservativ və operativ müalicəsi probleminin müasir vəziyyəti;
7. Mədə və 12 barmaq bağırsağın qanayan xorasının operativ müalicəsinə göstərişlər və əməliyyat növünün seçilməsi;
8. Yoğun bağırsağın qanaxmaları;
9. Postvaqotomik sindrom və qastroenteroanastomozun qanıyan xorası;
10. Malori-Veys sindromu;
11. Mədə-bağırsaq traktının eroziv-hemorraqik zədələnmələri;
12. Mədə-bağırsaq şişləri zamanı qanaxmalar;
13. Mədə-bağırsaq qanaxmalarının nadir səbəbləri;
14. Portal hipertenziya zamanı mədə-bağırsaq varikozunun səbəbləri və inkişaf mexanizmi, klinika və diaqnostikasına müasir yanaşma;
15. Portal hipertenziyanın operativ müalicəsi və invaziv müdaxiləyə göstərişlər;
16. Qanaxma ilə ağırlaşmış destruktiv pankreatitin səbəbləri və inkişaf mexanizmi, klinika və diaqnostikasına müasir yanaşma;
17. Qanaxma ilə ağırlaşmış destruktiv pankreatitin cərrahiyyə taktikası, operativ müalicəsi və invaziv müdaxiləyə göstərişlər;
18. Mədə-bağırsaq qanaxmalarının diaqnostikasında endoskopik metodlar;
19. Qida borusu qanaxmalarının endodiaqnostikası;
20. Mədə qanaxmalarının endodiaqnostikası;
21. Duodenal qanaxmalarının endodiaqnostikası;
22. Bağırsaq qanaxmalarının endodiaqnostikası;
23. Koaqulyasion endoskopik hemostaz;
24. İnyeksion endoskopik hemostaz;
25. Endoskopik hemostazın mexaniki metodları;
26. Birləşdirilmiş endoskopik hemostaz;
27. Qida borusu və mədə varikozun skleroterapiyası;
28. Mədə və 12-barmaq bağırsağın topoqrafik anatomiyası;
29. Mədə və 12-barmaq bağırsağın operativ cərrahiyyəsi;
30. Beynəlxalq tələblərə uyğun olan diaqnozun düzgün qoyulması(ölüm və xəstəliklərin səbəblərinin müayinəsi və kodlaşdırma qaydaları).
Aşağıda qeyd olumuş link vasitəsiylə qeydiyyatdan keçə bilərsiniz:
https://docs.google.com/forms
Əlavə məlumat üçün əlaqə:
Mob.: (+994) 55 457-48-08
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1