Dil:
Azərbaycanca
Türkiyənin məşhur psixiatrı: "Düşünmədən "Grand Hospital"ı seçdim!"
Niyə "Grand Hospital"?
Dünyanın bir çox ölkələrindəki xəstəxanalara xüsusi dəvətlər aldım, amma Azərbaycanda işləmək üçün heç düşünmədən "Grand Hospital"ı seçdim. Məhsuliyyətli, dəqiq və yüksək səviyyəli təşkilatçılıq, həkimlərin işinə qarşı ciddiliyi, xəstələrə qarşı münasibəti mənim bu seçimdə səhv etmədiyimi bir daha göstərdi.
İnsanların psixoloqlara müraciət etmək və psixoloji yardım almaqla bağlı hər zaman kompleksi olub. Bunu aşa bilmək üçün onlara nə məsləhət görürsünüz?
Zaman keçdikcə, cəmiyyət müasirləşdikcə bu problemlərin də keçəcəyini düşünürəm. İlk dəfə hər zaman onlar üçün bir az həm çətin, həm də kompleksli gəlir, amma müraciət edib, xidmətin keyfiyyətini və müsbət dəyişikliyi gördükcə artıq nəinki özləri, hətta onlara yaxın olan insanları da gətirirlər.
Psixoloji problemlərin Azərbaycan üçün ən böyük fəsadı kimi nələri görürsünüz?
Son zamanlar Azərbaycanda və dünyada cinayətlərin sayı artmaqdadır. Bunun isə əsas səbəbi insanların daha çox stress keçirtməsi, böhranların artması, yaşadıqları həyat şəraitindən narazı olmasıdır. Bu isə öz növbəsində psixoloji problemlərə, nevroz xəstəliyinə gətirir və ən acınacaqlısı zamanla özünü daha pis göstərəcək psixoloji xəstəliklərlə nəticələnir. Vaxtında müalicəsi üçün həkimə müraciət olunan istənilən xəstəlik həm tez, həm də asan sağalır. Bu səbəbdən də, psixoloqa vaxtında müraciət etmək vacibdir.
Əsəbləşməmək üçün nə etmək lazımdır?
İnsanlar stressdən qaça bilmək üçün hər şeydən əvvəl qidalanmaya xüsusi diqqət yetirməlidirlər. Acı və turş qidalara üstünlük verən insanlar daha çox əsəbi olur. Şirin və şirniyyat məhsuları sevən insanların isə daha çox pozitiv olması danılmazdır. Ac qalmaq, pəhrizlər, vaxtında qidalanmamaq da əsəb sisteminə öz mənfi təsirini göstərir. Bu səbəbdən də, insanlar ilk növbədə qidalanmaya xüsusi diqqət yetirməli, daha sonra isə təmiz havada çox gəzməlidirlər.
Stressdən kənarlaşıb sakitləşmək üçün nələri məsləhət görürsünüz?
Əsəblərinizi cilovlaya bilmədiyiniz zaman dəniz kənarına gedərək, dənizə baxıb, sakitləşməyə çalışın. Bu zaman özünüz də bilmədən mənfi enerjinizi ötürmüş olacaqsınız. Əgər nə isə və ya kim isə sizi qıcıqlandırırsa, onunla daha çox üz-üzə gəlib, cinayət etmək əvəzinə ondan uzaqlaşıb həm öz əsəblərinizi həm də azadlığınızı qoruyun. Əsəbi olduqları zaman qan dövranı zəifləyir deyə ətraflı düşünə bilmirlər. Əsəblər sakitləşdikdən sonra isə peşmançılıq hissi gəlir, amma o zaman çox gec olur.
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1