Dil:
Azərbaycanca
Zəka oyunları uşaqların həyatına necə təsir göstərir?
01 May 2018 10125Ağıl və zəka oyunları uşaqların məntiq, düşünmə, problem həll edə bilmək bacarıqlarını artırır.
Artıq uşaqların əllərində telefon, İphone, İpad olduğu üçün zəka inkişafları daha sürətlə baş tutur.
Hər şeyi qısa zaman çərçivəsində başa düşür və dəyərləndirirlər.
Hər ailə övladının daha yaxşı şəkildə təhsil görməsini istəyir. Ancaq araşdırmalar sübut edir ki, sadəcə məktəbdə öyrənilənlər kifayətsiz qalır.
Türkiyədə bununla bağlı bir neçə araşdırma aparılıb. Belə ki, uşaqlara həftədə iki dəfə bir saat on beş dəqiqəlik müxtəlif zəka oyunları təşkil edilməlidir. Bu, onların daha məntiqli düşünməklərini təmin edir.
Həmçinin zəka oyunları uşaqların qavrama, anlama bacarıqlarını da inkişaf etdirir.
Mütəxəssislər belə oyunların qrup şəklində görülməsini məsləhət bilirlər.
Oyunlar sayəsində ailələr uşaqlarını daha yaxşı tanıyır və onların fərqli sahələrdə bacarıqlarını kəşf edə bilirlər.
Valideynlərin uşaqları ilə qurduqları əlaqə daha yaxşı inkişaf edir.Bu səbəbdən elə oyunların valideynlərə ancaq faydası mövcuddur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1