Dil:
Azərbaycanca
Yumurtalıqların funksiyalarının pozulmasının müalicəsi
30 May 2018 9171Qadın yumurtalıqlarında yaranan problem ilk olaraq özünü menstruasiyanın zamanında başlamaması ilə biruzə verir. Səbəbi isə müxtəlif olur.
Əgər yumurtalıqların kifayət qədər çalışmamasının səbəbi hormonal faktorlardırsa bu zaman uyğun dərman müalicəsi aparılır. Mütəmadi olaraq verilən testlərlə nəzarətə götürülməlisiniz. Adətən dərmanlar yumurtalıqların fəaliyyətini tam olaraq bərpa edir.
Bunun xaricində əgər bir yumurtalığınızın normal çalışıb digəri az çalışırsa bu həkimi çətinliyə salan vəziyyətlərdəndir. Gərəkli testlər və nəzarət nəticəsində funksiyanı artırmaq üçün uyğun dərman seçilir. Əgər dərmanlar fayda verməsə iynələrə keçid olunur.
Əgər yumurtalıqlarda mövcud olan kist səbəbindən fəaliyyət ləngiyirsə dərman və ya cərrahi üsulla müalicə edilir. Maksimum dərəcədə dərman vasitələri ilə əməliyyatdan qaçınılmağa çalışılmalıdır.
Bununla yanaşı düzgün qidalanma nəticəsində də hormonların fəaliyyətini qaydaya salmaq mümkündür. Gündəlik ehtiyac duyulan qədər maye qəbul edilməlidir.
Edəcəyiniz yüngül idmanlar da yumurtalıqlarınızın çalışmasını təmin edə bilər. Həmçinin qan dövranını yaxşılaşdıracaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır (https://hekimtap.az).
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1