Dil:
Azərbaycanca
Yorğunluq verən qidalar
29 May 2018 8091Bəzən bəzi qidalar yedikdən sonra insan üzərində ağırlıq hiss edər. Bəzi vəziyyətlərdə isə yuxunuzun gəldiyini hiss edərsiniz. Müəyyən qidalar insan immunitetini yorara ekstra yorğunluq nəsib edər. Bu səbəbdən ilk olaraq yorğunluq verən qidaları menyünüzdən çıxarmalısınız.
Günümüzün keyfiyyətsiz keçməsi, yorğunluq səbəbindən işlərdən gözlədiyimiz nəticəni əldə etməməyimizin əsas səbəblərindən biri də yorğunluq verən qidalar haqqında yanlış məlumatlara sahib olmağımızdır.
Çörək yemək – kəpəkli və buğda çörəyin əksinə ağ çörəkdəki glisemik indeks aşağı səviyyədə deyil. Bəyaz çörəkdə kifayət qədər lifin olmaması enerji baxımından insana heç nə qatmadığından daha yorğun hiss etməsinə icazə verir. Bunun üçün olduqca az ağ çörək yemək tövsiyə edilir.
Banan kimi qəhvə haqqında da bir sıra yanlış məlumatlara sahibik. Qəhvə, yuxu açıcı, enerji verən, insanı canlı tutan qida olaraq bilinir. Əslində isə tamamilə yanlışdır. Çünki sadalananlar qısa müddət daxilində keçərlidir. Enerjinin dərhal qalxıb enməsi əksinə olaraq yorğunluğu daha çox artırar.
Şirniyyatlar – xüsusilə şərbətli şirniyyatlar insana bir müddətdən sonra ciddi yorğunluq hissi verir.
Qırmızı ət – Tərkibindəki çoxlu yağ ilə birlikdə servis edilən qırmızı ətlər, yağın tərkibindəki maddələr səbəbiylə bədəndə yorğunluq, tükənmişlik hissi yaradır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır (https://hekimtap.az).
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1