Dil:
Azərbaycanca
Yeniyetməlik dövründə necə qidalanmalı
04 İyul 2018 7210Uşaqlıqdan sonra yeniyetməlik dövrü başyır. Bu ərəfədə azyaşlıların enerji ehtiyacı daha çox artır. Həmçinin yağ hüceyrələrinin artması ilə yanaşı kökəlmək mümkündür.
BU zaman azyaşlılarda bəzi məqamlara diqqət etməlisiniz.
Enerji ehtiyacını qarşılayan zaman karbonhidrat və yağ istifadəsinə diqqət göstərmək lazımdır.
Bu müddətdə böyümək sürətləndiyi üçün yeyilən məhsullara diqqətlə yanaşmaq lazımdır. Omega 3 qaynağı olan balıq həftənin iki günü, qırmızı ət həftənin ən az iki günü yeyilməlidir.
Qızlar dəmirlə zəngin qidalara üstünlük verməlidirlər.. Qızlarda mentruasiyanın başlaması dövrü ilə dəmir ehtiyacı daha da artır.
Bununla yanaşı qatıq, süd, paxlalılar yeyilməlidir.
Səhər yeməyi unudulmamalıdır. Xüsusilə də ara qidalara üstünlük verilməlisir. Enerji ehtiyacınızı qarşılamaq üçün mütləq tez-tez yeyilməlidir. Bununla yanaşı kökəlməməyə də diqqət göstərilməlidir. Sağlamlıq cəhətdən düzgün olmayan qidalar azaldılmalıdır.
Kola, meyvə suyu kimi şəkərli içkilərin istifadəsindən uzaq durulmalıdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1