Dil:
Azərbaycanca
Yeni ana olanların ən çox maraqlandığı mövzular
18 Sentyabr 2018 7938Körpənin doğulması ilə ana qayğısı artmağa başlayır. Xüsusilə də yeni ana olan qadının ağlında uşağa qulluqla bağlı bir çox suallar yaranır.
Bu məqaləmizdə ümumi mövzulara toxunacağıq. Analar tərəfindən ən çox verilən suallara cavab tapmağa çalışacağıq.
Mümkünsə ilk yarım saatda, ən gec isə 1 saat ərzində əmizdirilməlidir. Çünki daha sonra körpə yatmaq istəyəcək və oyandırmaq çətinləşəcək. İlk günlərdə 2-3 saatdan bir əmizdirilməlidir. Yuxusu 3-4 saatı keçərsə, oyandırılıb əmizdirilməlidir. 2-3 həftədən sonra isə özü acdığını hiss edəcək və yuxudan ayılıb süd istəyəcək.
Körpəni doğru şəkildə əmizdirmək vacibdir. Ana südünün çatıb-çatmadığını isə özbaşınıza qərar verməyin.
Kifayət qədər maye qəbul etmək əsas faktordur. Gündə 2-3 litr su içmək kifayət edər.
Sağlam olan uşaqlarda səbəbsiz ağlamalara kolik (qaz sancısı) deyilir. Uşaq 2-3 həftəlikkən başlayır. 4-6 həftədə bu daha da çoxalır. 3-4 aydan sonra isə keçir.
Mütəmadi şəkildə narahatdırsa bu, qaz olduğunun əlaməti ola bilər. Həmçinin bu zaman ana südünə istəyi arta bilər. Bu, doymaq məqsədli deyil, sakitləşmək məqsədlidir. Həddindən çox süd içən uşaq, südün bir qismini qaytara bilər. Qaz sancısı daha çox gecələri artar.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1