Dil:
Azərbaycanca
Yaddaşı pozan qapılar
24 Sentyabr 2018 8662Yəqin bu cür hallarla hamınız üzləşibsiniz - çay üçün mətbəxə gəlirsiniz, amma qaz plitəsinə yaxınlaşdıqda oraya nəyə görə gəldiyinizi unudursunuz.
Əvvəlki otağa qayıtdıqda isə mətbəxə getməyinizin səbəbi yadınıza düşür. Belə hallar vaxtaşırı təkrarlandıqda çoxları düşünürlər ki, bu, ya Alsheymer sindromu, amneziyanın başlanğıcı ya da sklerozdur. Əslində, burada amneziya və ya sklerozdan söhbət belə getmir. Alimlər yaddaşa xas olan bu qəribə xüsusiyyətin izahını tapıblar. Problem heç də sizdə deyil - bütün günahlar qapılardadır.
Amerikali alimlərin tədqiqatları göstərib ki, insan qapı çərçivəsindən keçdikdə onun şüuru “qırmızı işıq yandırır”. Daha dəqiq desək, beyində “hadisələr sərhəddi” adlanan unikal bir mexanizm işə düşür. Bu sərhəd bizim bir xatirəmizi, digərindən ayırır.
Yəni beyin öncədən yaranan fikirləri “arxivləşdirir” və gələcək təəssürat və məsələlər üçün yer yaradır. Ona görə də biz məkanı dəyişdikdə gözlərimiz önündəki mənzərə dəyişir - mexanizm işə düşür və hələ bir saniyə əvvəl aktual olan fikirlər “arxivləşir”. Bu isə unutqanlıq yox, sadəcə beynimizin fəlayiyyətində yarananan “yan təsirlərdir”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1