Dil:
Azərbaycanca
Xəstəlikdən qoruyan qarışım
16 Aprel 2020 9676Zəncəfil, dərman effekti olan bitki növüdür. Xüsusilə soyuq havalarda istifadə edilən zəncəfil, immunitet sistemini gücləndirir və vücudu daha da gücləndirir.
Sağlam qidalanmaq istəyənlər üçün zəncəfil qarışımından istifadə edə bilərsiniz. Bunu çox asan şəkildə hazırlaya bilərsiniz.
Bəs bu necə hazırlanır?
Lazım olanlar:
2 ədəd orta boy limon
2 yumru zəncəfil
1 stəkan bal
Hazırlanışı:
Zəncəfillərin qabıqlarını soyun. Daha sonra rəndədən keçirin.
2 ədəd limonu bol suda yuyun və qabıqlarıyla birlikdə incə dilimlər halında kəsin.
İstədiyiniz şüşə bankanın içərisinə zəncəfilləri və limonları qoyun. Balı da bankanın içərisinə tökün və bütün qarışımları qarışdırın.
Hazırlamış olduğunuz zəncəfil qarışımın qapağını bağlayın və ən az 2 gün soyuducuda gözlədin.
2 gündən sonra nuş edə bilərsiniz.
Şirniyyat sevənlər üçün səhərlər ac qarnına 1 xörək qaşığı yemək tövsiyə edilir. Şirinlə arası olmayanlar isə səhərlər 1 xörək qaşığı zəncəfil qarışığını 1 stəkan ilıq su ilə qarışdırıb içə bilərsiniz.
Bəs zəncəfil qarışımının faydaları nədir?
Vücudunuz üçün zərərli maddələri bədəndən təmizləyər.
Zəncəfil təbii antioksidantdır və xəstəliklərdən sizi qoruyur.
Boğaz ağrılarını keçirir.
Soyudəymə, qrip kimi xəstəliklərdən xilas olmağınıza kömək edər.
Vücudunuza enerji verir.
Öskürəyi keçirtməyə kömək edir. Bəlğəm gətiricidir.
Miqren ağrılarını azaldır.
İmmunitet sistemini gücləndirir.
Qış aylarında vücudu isti tutar və üşüməkdən qoruyar.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1