Dil:
Azərbaycanca
Vaginada yaranan qaşıntının səbəbləri
27 İyul 2018 10772Vaginada yaranan qaşıntı ən çox rastlanan problemlərdən biridir. Müşahidə edilən əsas səbəblərdən biri isə göbələk infeksiyasıdır. Bunun xaricində genital ziyillər kimi cinsi təmasla keçən xəstəliklər də qaşıntıya səbəb ola bilər. Klimaks dövründən sonra qadınlarda estrogen hormonu azalır. Bu səbəbdən də quruluq, dəridə dermatit, ekzema, sədəf kimi xəstəliklər yarana bilər. Bunlar isə qaşıntıya yol açırlar. Bağırsaqda yaranan parazitlər də bəzi hallarda vaginal hissədə qaşıntıya səbəb ola bilər.
Xarici faktorlar da - düzgün yuyunmamaq, kremlər də qaşıntını yaradan amillərdəndir.
Bu, infeksiyanın növünə uyğun olaraq seçilir. Antibiotik, şamlar, kremlər vasitəsilə mualicə edilməsi mümkündür. Əgər problem, dermatoloji səbəbdən qaynaqlanırsa bu zaman xarici hissəyə məlhəmlər çəkərək xəstəliyi aradan qaldırmaq mümkündür.
Əsas qoruyucu vasitə vaginal təmizlikdir. Həmin hissə quru saxlanılmalıdır.
Vaginal duşdan uzaqlaşmaq tövsiyə edilir.
Alt paltarlar, təmiz və pambıqdan olmalıdır..
Dar paltarlar geyinilməməlidir.
Paltarları yuyan zaman bol su ilə durulamalı, yuyucu tozun qalmadığından əmin olunmalıdır.
Yuyunan zaman maksimum dərəcədə yuyucu vasitələrdən uzaq durmaq məsləhət edilir.
Qaşıntı zamanı bəzəm vücudda olan bəzi maddələr çoxalır. Bu isə daha çox qaşıntı və yanma hissi yaradır. Həmçinin bu özünü qızarıqlıqlar, səpkilərlə də biruzə verə bilər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1