Dil:
Azərbaycanca
Uyuşuqluq varsa, şirniyyata tələbiniz artıbsa ...
14 Aprel 2018 6251Vücuddakı ən vacib makrominerallardan biri maqneziumdur. Vücudda maqnezium əksikliyi bir sıra problemlər yara bilər. Bu isə müəyyən əlamətlərlə özünü biruzə verir.
Həmin əlamətləri təqdim edirik:
Maqnezium əksikliyi zamanı insanda görülən simptomlardan biri ayaq ətrafında uyuşmalardır.
Özünüzü yorğun hiss edir, enerjinizin tez düşdüyünü zənn edirsinizsə bu vəziyyətin səbəbi maqnezium əksikliyi ola bilər.
Tez-tez görülən həzm problemlərindən biri olan qəbizlik, maqnezium əksikliyi ilə bağlı ola bilər. Müalicə üçün maqnezium tərkibli qidalar yeyilməlidir.
Maqneziuma olan ehtiyacın göstəricilərindən biri də şirniyyat istəyinin artmasıdır.
Tez-tez oynaqlarda ağrı baş verirsə, bu vəziyyətin normal olmadığını düşünürsünüzsə maqnezium əlavəsi qəbul etməlisiniz.
Gündəlik olaraq maqnezium miqdarı qadınlar üçün 280 mq, kişilər üçün isə 350 mq olaraq müəyyən edilib.
Bunu dərman olaraq da , təbii qidalar olaraq da təmin edə bilərsiniz.
Qoz, badam kimi qidalarda bol miqdarda maqnezium mövcuddur. Gündə bir ovuc yeyilməsi yetərlidir.
Gündə bir ədəd banan istifadəsi gündəlik maqnezium ehtiyacının ödənilməsi deməkdir.
100 qram tünd şokolad içərisində 100 mq maqnezium var. Bu səbəbdən gündəlik yeyə bilərsiniz.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1