Dil:
Azərbaycanca
Uşaqlarda susqunluq - Mutizm nədir?
15 İyun 2020 15606Mutizm uşaqlar arasında yayılan problemlərdən biridir. “Mutus” sözündən olub “səssiz”, “susqunluq” mənasını daşıyır. Bu, fərqli formalarda meydana çıxa bilər. Bir uşağın danışıq yaşı keçirsə və hələ də danışmırsa, bu hal uşağın nitq aparatında yaranan problemlərlə bağlı ola bilər. Həmçinin nevroloji, bioloji, psixoloji səbəblərdən də yaranmağı mümkündür. Uşağın danışa bildiyi halda danışmaqdan imtina etməsi psixoloji bir problem hesab edilir.
Mutizm nadir görülən bir problemdir və adətən uşaq yaşlarında xüsusilə 4-8 yaşlar arasında meydana çıxır.
Adətən sosial ortamlarda uşaqlar danışmaqdan çəkinir.
Bəzi mühitlər –məsələn, evdə, yaxınlarının yanında isə azyaşlı özünü daha yaxşı hiss edir və axıcı formada danışır. Əgər problem, sosial əlaqəsinə təsir edirsə, bir aydan artıq davam edirsə bu araşdırılmalıdır. Bütün uşaqların ilk düşdükləri ortamda susqun qalması normaldır ancaq bu davamlı hala çevrilərsə mütəxəssis tərəfindən araşdırılmalıdır. Qızlarda oğlanlara nisbətən daha çox görünür.
Bu problemin yaranmasında ətraf mühit və ailənin təsiri çox böyükdür.
Valideynlərə bu barədə bir sıra tövsiyələr verilir:
Ana, uşaqlarını düşdükləri ortamda danışmadığı üçün cəzalandırmamalıdır.
Danışmırsa məcbur etməməli, utandırmamalıdır.
Psixoloqa müraciət etməlidir.
Uşaq üçün rahat mühit yaradılmalıdır.
Lazımi zamanlarda bir sıra dərmanlardan istifadə edilə bilər.
Mutizm iki qrupa ayrılır: Orqanik və funksional mutizm.
Orqanik mutizm mərkəzi sinir sistemindəki problemlərdən yaranır, psixoloji səbəblərdən qaynaqlanmır.
Mutizmin iki növü var:Total mutizm və selektiv mutizm.
Total mutizm zamanı insan heç bir halda heç kimlə ünsiyyətə girmir və danışmır. Ünsiyyətə girmək istəyini nadir hallarda yazılı şəkildə ifadə etməklə təmin etməyə cəhd göstərir.
Selektiv mutizm zamanı uşaqlar bir və ya bir neçə şəxsi seçir və yalnız onlarla danışır. Bu uşaqla danışmağa cəhd olunduqda göz kontaktına girməkdən çəkinirlər və hərəkətsiz, reaksiyasız dururlar. Az da olsa ünsiyyətə girməyə maraq göstərdiklərində bunu jest və mimikaların köməyi ilə, ya da yazılı yolla ifadə etməyə çalışırlar.
Qeyd edək ki, davametmə müddətinə görə mutizm iki yerə bölünür: keçici və davamlı mutizm.
Yaranma səbəbləri isə müxtəlifdir:
Yaşanılan psixi travma
Ailənin ayrılması
Valideynlərin çox nəzarətçi və ciddi olması və s.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1