Dil:
Azərbaycanca
Uşaqlara tualet vərdişi öyrədən zaman bunları etməyin
13 İyul 2018 9247Valideynlər üçün çətin dövrlərdən biri uşağa tualet ehtiyacını aşılamaqdır.
Bu barədə ötən aylarda məqalə paylaşmışdıq. Bu dəfəki mövzumuzda bu vərdişin öyrədilən zaman edilən ən çox səhvlərindən bəhs edəcəyik.
Mütəxəssislər bu barədə valideynlərə xəbərdarlıq ediblər:
Bunları etməyin:
Tez-tez “tualetin var?” deyə soruşmayın. Bunu əyləncəli hala gətirin. Uşaq özünü güvəndə hiss etməlidir.
Başqa uşaqlarla müqayisə etməyin.Məs. flankəs tualet vərdişini öyrənib sən öyrənməmisən və s. Sadəcə bu müddətə onun buna hazır olduğunu bildirin.
Dar şalvarlar əvəzinə geniş şortlar və ya şalvarlar geyindirin.
Tualete oturdub edənə qədər ağlada-ağlada dəqiqələrcə tualetdə gözlətməyin.
Altına edən zaman “Sən pis uşaq oldun?” “altına edəni kimsə sevməz” deyimlərindən istifadə etməyin. Bu barədə onu qorxutmayın. Qorxutmayın.
“Əllərin mikrob oldu, heç bir yerə vurma” kimi əsəbi davranışlar etməyin.
Əllərimizi köpüklərlə təmizləyək deyin. Çünki uşaqlar köpükləri sevirlər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1