Dil:
Azərbaycanca
Uşaqlarınızın inkişafı üçün bu 3 vərdişi öyrədin
12 May 2018 6912Uşağınızın gələcəyini doğru qurmaq, irəliki həyatında daha sağlam addımlar atmasını istəyirsinizsə bu 3 şeyin inkişaf etdirilməsinə dəstək olmalısınız.
Dərsləri qavrama bacarığı – Müasir zamanda istənilən araşdırmanı etmək, hansısa məlumatı əldə etmək çox asandır. Əsas bu məlumatları həyatda necə tətbiq etmələridir. Bu barədə valideynlər kömək olmalıdırlar.
Məsələn, azyaşlının öyrəndiyi hansısa məlumatı sınaqdan keçirərək onun daha yaxşı yadda saxlamasına kömək edə bilərsiniz.
Vücud sağlamlığı – Bütün bir bədən, ən əsası isə beyin insan fəaliyyətinin əsas mənbəyidir. Bu səbəbdən sağlam vücud üçün uşağınızın sağlamlığının qeydinə düzgün qalmalısınız ki müəyyən zamandan sonra çətinliklərə tab gətirə bilsin.
Məsələn, düzgün qidalanaraq idman hərəkətləri ilə məşğul ola bilər.
Estetik baxış – Bir şəklə baxan zaman gördüyünüz aləm çox vacibdir. Rənglərin sizdə yaratdığı təsir həyatınızı belə dəyişə bilər. Bu səbəbdən uşaqlarınıza kiçiklikdən sənətə həvəs, sevgi yaradın. Hansısa musiqi alətində çala bilər və ya rəsmlə məşğul ola bilər. Bu kimi məşğuliyyətlər onun həyatına istiqamət verəcək.
Buradan öyrəndikləri məlumatlarla digər vərdişləri toplayaraq gələcəkdə əsl insan ola bilər.
Bu isə əsas olaraq valideynlərin üzərinə düşür. Çünki uşaqlar bunu anlaya bilməzlər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1