Dil:
Azərbaycanca
Uşaqlarının əşyaları atırsa... Mütəxəssislərdən xəbərdarlıq
06 Aprel 2018 9293Əksər uşaqda görülən bu davranışın səbəbini valideynlər bilməlidirlər. Uşaqların əşyaları atma davranışlarının səbəbi nəzəri üzərinə çəkmək ola bilər.
Bunu türkiyəli nevroloq Mehmet Yavuz bildirib. Onun sözlərinə görə, uşaqlar dünyayı kəşf etmək və tanımaq istəyir. Bunun ən asan yolu da əşyaları tanımaqdır. Bu bəzən bir oyuncaq bəzən içi su dolu bir stəkan ola bilər.
Xüsusilə də 2 yaşından kiçik olanlar, əşyaları alır, tutar, analiz edər və atar. Bu hər uşağın etdiyi davranış şəklidir. Ancaq bu hal təhlükəli olduğu zaman valideynlər narahat olurlar. Unudulmamalıdır ki, bu yaşda olan uşaqlar etdiklərinin nə ilə nəticələnəcəyini bilməzlər. Müəyyən həddə qədər bu atmalara icazə verilməlidir.
Qeyd edək ki, valideynlər nə qədər olmaz, atma deyərlərsə bir o qədər uşaq əsəbi olacaq və inadlaşacaq. Bunun nəticəsində isə göydə uçan əşyaları görmək ehtimalınız yüksəkdir.
“Xeyr, sus, qışqırma, ağlama” deməyiniz isə bu vəziyyəti daha da artıraraq narahatçılığı yüksəldər. Səbrli olmalı, onunla danışaraq ünsiyyət qurmağı təmin etmək mühümdür.
Bəzən ailənin uşaqla kifayət qədər maraqlanmamağı da bu halı yarada bilər. Əgər uşağın gördüyü davranış, nəzakət istədiyi səviyyədə deyilsə bilin ki, bunun səbəbi siz valideynlər ola bilər.
Özünü əsas insan kimi görsətmək üçün də əşyaları ataraq diqqət çəkməyə çalışarlar.
Ancaq bunu da qeyd edək ki, atmaqda məqsədi əşyanı kəşf etmək də ola bilər. Bu səbəbdən xüsusi toplar alın və onları ata biləcəyini başa salın. Mənfi cümlələr qəti şəkildə qurmayın. Səs tonunuz mülayim olmalıdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1