Dil:
Azərbaycanca
Uşaqları ağladaraq bağçaya öyrəşdirmək olar?
13 Sentyabr 2018 13366Uşaqları bağçaya öyrətmək valideynlər üçün çətin məsələdir.
Türkiyəli valideyn, bu mövzuda başına gələnləri sosial şəbəkədə danışıb.
Həmin əsas məqamları təqdim edirik:
“Qızım bağçaya başlayanda 3 yaşı tamam olmamışdı. Sosial, danışqan, yeməyini yeyən uşaqdı. Düşünürdüm ki mən çalışıram. Yarım gün bağçaya getməsində sıxıntı yaranmaz. Ancaq işlər düşündüyüm kimi getmədi. Sinifdə onu gözləməyim bitmirdi. O, ağlayan və ya narahat dolu baxışlarla baxan zaman çıxıb getmək mənə doğru gəlmirdi.
Həmçinin övladım gedərək daha da gərgin oldu. bağçaya getmək istəmirdi. Məcburən bir müddəti belə keçirə bildik Düşünürdüm ki, nə üçün mənim uşağım digərləri kimi gülə-gülə getmir? Bunun kimi suallar içində batmışdım. Bağça xəyalına 1 il ara verdim. Bu müddəti oyun terapiyaları ilə keçirtdik. Daha sonra mən verdiyim suallarımın cavabını yanlış yerdə axtardığımı anladım. Hazırda 1 ildir bağçaya gedən, hətta yay tətilində belə tez-tez bağça nə zaman açılacaq deyən uşağım var.
Düşünürəm ki, valideynlər 2-4 yaşlı uşağa bəzən çox sərt davranırlar. İstəyirik ki, bağçanı, məktəbi dərhal sevsin. Arxalarına belə baxmadan sinifə daxil olsunlar. Ancaq buna da əmək verilməlidir. Duyğularını çox zaman düşünmürük. Bunu unutmayın ki heç bir uşaq nəyəsə ağlayaraq alışmaz.
Valideynlərə mütləq şəkildə gedib görün deyirəm. Neçə dil öyrədir, hansı kollektivlə çalışmağın önəmi yoxdur. Eyni anda bir neçə dil öyrənə bilər amma bu dili istifadə edən insanla daha da inkişaf etdirər.
Nəzarət anlayışlarını öyrənin.
Bunu unutmayın ki, uşağı ağlada-ağlada, sinir sistemini zədələyərək öyrətmək olmaz.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1