Dil:
Azərbaycanca
Uşaqda yaranan öskürək zamanı nələr edilməlidir?
26 Aprel 2018 7850Ev şəraitində öskürəyi azaltmağın bəzi yolları mövcuddur.
Mövsüm dəyişkənliyinin yaratdığı fəsadlardan biri də ani yaranan öskürəkdir. Öskürək tənəffüs yolunu təmizləmək üçün olan təbii refleksdir. Uşaqlar isə böyüklər kimi bəlğəmi çıxara bilməzlər. Bu isə bəzi zamanlar uşağın yemək yeməyini və ya yuxusuna mənfi təsir göstərir.
Uşaqlarda öskürəyin bir neçə səbəbi var:
– Üst tənəffüs yolu infeksiyaları
– Allergiya
– Tutulan burun
Öskürək 3 gündən artıq çəkərsə və ya yorucu hala gəlirsə bu zaman həkimə müraciət edilməlidir. Həmçinin bu zaman uşağın qızdırmasının olub-olmadığı anlaşılmalıdır.
Mütəxəssislər isə bəzi məqamlarda vətəndaşlara xəbərdarlıq edirlər:
Bir yaşından kiçik uşağın bəlğəmi varsa, öskürək kəsən sirop verməyin.
Soyuqdəymə dərmanları 6 aydan kiçik uşaqlarda istifadə edilməməlidir.
Öskürəyin əsas səbəblərindən biri viruslardır. Belə viruslara isə antibiotiklərin faydası olmadığından gərəksiz yerə istifadə etməyin.
Bəlğəmin rahat çıxmsı, mikrobların uzaqlaşdırılması üçün bol maye verin. Çoxlu əmizdirin. 3 aydan böyükdürsə alma şirəsi sıxıb verə bilərsiniz.
İlıq içkilər tənəffüs yolunu rahatladır. Bir yaşından böyük uşaqlara bal, limon qarışımı çaylar verə bilərsiniz.
Burnunu tez-tez duzlu su ilə təmizləyin.
İlıq duş qəbulu da faydallı olacaqdır.
Yatdığı zaman isə başının altına normal hündürlükdə yastıq qoyun ki az da olsa başı dik olsun.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1