Dil:
Azərbaycanca
Uşağa tualet vərdişini necə öyrətməli?
01 May 2018 7968Valideynlər üçün ən problemli mövzulardan biri də məhz uşağa tualet vərdişini öyrətməkdir.
Pilləkənli güvəc alsanız daha yaxşıdır.
Övladınızın güvəclə bir həftə ərzinə oynamağına icazə verin.
Onunla danışın. Ona artıq böyüdüyünü, pampersini çıxardacağınızı, sizin kimi tualetə gedəcəyini başa salın. Ailənin digər üzvləri də azyaşlıya bunu deməlidir.
Güvəcdən necə istifadə edəcəyini izah edin.
Alış-verişə çıxın. Ona gözəl alt paltarları alın.
Onunla birlikdə tualetə gedin. Yanında gözləyin.
Uşağınızı 1,5-2 saatdan bir tualetə aparın. Xüsusilə də qidalanmadan sonra. Bunu etdiyi zaman isə onu mükafatlandırın.
Gündüz tualetdə 5 dəqiqədən artıq saxlamayın. Ehtiyacını görmədiyi zaman gülümsəyərək hələ gəlmədi deyin və birlikdə çıxın.
Səbirli olun.
Əsla məcbur etməyin.
Özünü rahat hiss etdiyi zaman sizi buraxaraq tualetə yalnız gedəcək.
Gecə yatdıqdan 1 saat sonra qaldırın. Qorxmayın yenidən yuxuya gedəcək.
Unutmayın ki zamana ehtiyacınız var. Ən çox 6-8 ay ərzində uşağınız bu vərdişə yiyələnəcək.
Əgər 5 yaşına qədər vərdişi öyrənməsə mütəxəssisə baş vurun.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1