Dil:
Azərbaycanca
Uşağım nə deyir, mən nə anlayıram?
24 Aprel 2018 7006Adətən uşaqlarla valideynlər arasında münasibət bir az çətin qurulur. Valideyn dediklərini uşaqlar düz anlamır. Həmçinin bu proses əksinə də gedir.
Uşaq dediyimiz varlığa çox diqqətlə yanaşmalıyıq. Çünki onların psixologiyasını anlamaq çətindir. Ani davranışla zədə verməyimiz mümkündür. Uşaqlar bəzən kodlarla danışır. Valideynlərin üzərinə düşən vəzifə isə bu kodların sirrini açmaqdır.
Xüsusilə də 12 yaşa qədər olan uşaqlarda kinayəli danışıqlar, məcazi anlamlar daha çox olur. Böyüdükcə təbii ki, danışıq qabiliyyəti də inkişaf etdiyi üçün özlərini daha rahat ifadə edə bilirlər. Ancaq bu dövrə qədər əsas iş validyenlərin üzərinə düşür.
Onların dediyini biz tamamilə başqa cür başa düşə bilərik. Bu baxımdan hər kəs öz uşağının daxili dünyasına bələd olmalıdır. Bundan sonra dediyi cümlələrin arxasındakı əsl mənanı anlamaq mümkündür.
Valideynlər unutmamalıdırlar ki, uşaqlar qorxduqları mövzuda gerçəkləri ilk mərhələdə söyləməzlər. Adətən ana və atalarının davranış şəklini analiz edərlər.
Bunu misallar üzərində də dəyərləndirə bilərik.Məsələn, qız uşağınız məktəbə getmək istəmir. Bu səbəbdən müxtəlif bəhanələr gətirirlər – “Başım ağrıyır”, “məktəb çox pisdir”, “ məktəbdən qorxuram” və s. Valideynlər isə əksər zaman bunu anlamır və davranışlarına görə əsəbləşirlər.
Əslində isə bu bahanələrin arxasında anaya olan sevgi, darıxmaq hissi var. Uşaqlar məktəbdə keçirəcəyi zamanı anası ilə keçirmək istəyir.
Uşaq “Ana mən səndən ötrü darıxıram, vaxtımı sənlə keçirtmək oynamaq istəyirəm” deyə cümlə qurmaz. Bu kodu ana ata anlamalıdır. Çünki məktəb, oxumaq günün yarsını onsuzda alır.
Məktəbdəki dostları ilə arasında hansısa problem yaşana bilər və o da bunun üzərini örtmək üçün bu bəhanəni gətirə bilər.
Bunun üçün ilk olaraq uşağınızı dinləyin. Özünü az da olsa anlatmağına icazə verin.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1