Dil:
Azərbaycanca
Uçurum qarşısında
27 Noyabr 2018 8925Hərdən insan bütün dünyadan, hətta özündən çox bezir və daimi narahatlıq içində olur. Bəzən isə taleyin onu hansı səbəbdən “vurduğunu” başa düşmək üçün nə fiziki, nə də mənvi gücü çatlr.
Yeni həyat axtarışları kimisini psixoloq qəbuluna, kimisini ekstrasens, cadugər yanına, ya da məscidlərə gətirib çıxarır, digərləri isə özlərinə qapılırlar.
Bir çoxları isə çox təəssüf ki, üzərində “Çıxış”yazılmış sehrli virtual qapının açarını narkotikdə görürlər.
Bu zəhərli maddələr fiziki və psixoloji asılılıq yaradaraq, insanı məhvə aparır. Müasir dövrdə ən güclü narkotik opium və ondan alınan digər uyuşdurucular - morfin, heroin, dioin və s. hesab olunur. Bunlardan ən aktualı və təhlükəlisi heroin narkomaniyasıdır.
Narkotiklər əsasən, sinir sisteminə təsir göstərir. Onlar yalançı sevinc və rahatlıq, hüzn və ya əksinə, oyanıqlıq hissi yaradır. Narkotik qəbulu zamanı illüziyalar və hallüsinasiyalar, narkotik yuxy, bəzən isə zəhərlənmə yaranır. Bu, maddələrin istifadəsi mütəmadi hal aldıqda, onların dozasını artıq kontrol etmək mümkün olmur.
Daxili orqanlara gəlincə, narkotiklər ürək-damar, həzm aparatına, xüsusən qaraciyərə, maddələr mübadiləsinə, həmçinin cinsiyyət sisteminə öldürücü təsir göstərir.
Vaxtlarını gecə klublarında əyləncələrdə keçirən və əksər hallarda narkotikə qurşanan gənclər nəticədə deqradasiya edir, cəmiyyət üçün lazımsız, bəzən isə təhlükəli insanlara çevrilirlər.
Narkotik asılılığı olan adamların mənəvi vəziyyəti çox ağır durumda olur. Onlar əllərindən buraxdıqları insani dəyərlərin həsrətini çəkir, daim həyatlarını itirmək qorxusu yaşayır, gələcəyə ümidsiz baxır, ağrı-acı içərisində olurlar.
Acınacaqlı olsa da, narkomaniya artıq pandemiya halına keçərək, hər il minlərlə insanın həyatına son qoyur. Narkobiznes mənfəəti milyardlarla qazanc gətirir və nə qədər ki, bu belədir, bəşəriyyətin hansı təhlükə qarşıslnda dayandığını başa düşmək çətin deyil.
Dostlar, özünüzü və övladlarınızı
NARKOTİKLƏRDƏN QORUYUN!
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1