Dil:
Azərbaycanca
Tez kirlənən ağ ayaqqabıları necə təmizləməli?
11 Sentyabr 2018 10714Bəyaz idman ayaqqabıları bir çox qadınların sevdiyi geyim tərzidir. Ancaq tez kirləndiyindən çox zaman uzaqlaşmalı olurlar. Həmçinin ağ ayaqqabıların üzərində daha çox kir toplaşr.
Ağ idman ayaqqabılarınızda bir az xətt və ya ləkə görsəniz üzərinə çox incə qatla bəyaz dırnaq boyası çəkə bilərsiniz. Bu zaman ləkə diqqət çəkməyəcək.
Təmiz ağ süngərdən istifadə edin. Bunun üçün süngəri nəmləndirin və ləkə olan hissəyə sürtərək təmizləyin.
Bəyaz idman ayaqqabılarınızı bir yuma torbasına qoyub paltaryuyan maşına ata bilərsiniz. Buradakı əsas məsələ isə yuma torbasından istifadə etməkdir.
Bir bezin üzərinə bəyaz sirkəni tökün və ləkənin üzərini yüngül formada silin. Ləkələrin təmizləndiyini görəcəksiniz.
Əlinizdə olan şampunu götürüb ləkənin üzərinə bir az tökün və isti su yardımıyla yaxşıca ovun. Bunu daha da asanlaşdırmaq üçün diş fırçasından da istifadə edə bilərsiniz.
Bəyaz idman ayaqqabılarınızı çöldə qoymayın. Çünki bu zaman günəş şüalarına məruz qalaraq rəng solğunluğu yaşaya bilərsiniz.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1