Dil:
Azərbaycanca
Təzyiq xəstələri koronadan necə qorunmalı?
12 Aprel 2020 7195Son ayların bəlalı xəstəliyinə çevrilən Covid-19 yayılmağa, can almağa davam edir.
Dünyada koronavirus infeksiyasından ən çox təsirlənən və həyatını itirən insanların təzyiqlərinin yüksək olması isə daha çox diqqət çəkir. Burdan belə nəticə əldə edilir ki, korona bəlasından daha çox təzyiq xəstələri zərər çəkirlər.
Bəs pandemiya dövründə yüksək təzyiq xəstələri özlərini necə qoruya bilər?
Mövzu ilə bağlı türkiyəli mütəxəssis Mustafa Arıcı məlumat verib.
Onun sözlərinə görə, bu xəstəlikdən həyatını istirənlərin çoxunda təzyiq xəstəliyi aşkar edilib.
Hazırda 60 yaşdan yuxarı insanların əksəriyyətində yüksək təzyiq müşahidə edilir.
Təzyiq, damar sağlamlığını pozan, vücudun bir çox orqanına təsir göstərən sağlamlıq problemidir. Həmçinin bədənin gücünü zəyiflədir.
Belə xəstələr gigiyenik təmizliyə daha çox diqqət etməlidirlər. Bununla yanaşı düzgün qidalanmağa riayət etməlidirlər.
Təzyiq xəstələri müalicələrini əsla gecikdirməməli, dərmanlarını qəbul etməlidirlər.
Əsla müalicə dayandırılmamalıdır. Çünki dayandırılan zaman təzyiq yüksəlməyə və problem yaratmağa başlayar.
Bəs koronadan necə qorunmalı?
Gigiyenik təmizliyə riayət etməli
Qapalı məkanlarda tibbi maskalardan istifadə etmək
Təmiz havada qalınmalı
Evin havası tez-tez dəyişilməli
Faydalı və düzgün qidalanmalı
Mümkün qədər sıxlıq olan məkanlarda uzaqda durmalı
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1