Dil:
Azərbaycanca
Suda boğulmaların səbəbləri – əlamətləri
20 Avqust 2018 9288Yay aylarında dənizdə boğulma halları həddindən artıq çox olur. Bu zaman göstəriləcək ilk yardım haqqında türkiyəli həkim Fatih Büyükcam danışıb.
Süni tənəffüs hərəkətlərini tətbiq edin. Suda boğulma zamanı nəfəs borusunun gərginləşməsi ilə ağciyərlərə su daxil olur. Boğulan insana ilk müdaxilə olaraq süni nəfəs və ürək massajı edin. Bu məqamda saniyələr belə vacibdir.
Nəfəs almaqda çətinlik
Sürətli və dərin nəfəs
Ağızda bəlğəmin toplanması və köpüklənmə
Üzdə, dodaqlarda və dırnaqlarda göyərmə
Ürəkgetmə
Boğulmaların çox görünən səbəblərindən biri də spirtli içkilərin qəbulundan sonra suya girməkdir.
Suyun içində oyun oynayan zaman fərqində olmadan dərin bölgələrə getmək və dib axıntısına məruz qalaraq ayaqlarının altından qum çəkilməsi suda boğulma səbəbləri sırasındadır.
Bununla yanaşı üzmə bilməyənlərin suya girməsi də boğulmaların əsas səbəblərindən biridir.
Xüsusilə uşaqları gözünüzün önündən ayırmayın.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1