Dil:
Azərbaycanca
Spermanın keyfiyyətini artıran qidalar
21 Sentyabr 2018 9776Sonsuzluq 6 cütlükdən birində müşahidə edilən əsas problemlər sırasında yer alır. Spermaların keyfiyyətsiz və saylarının az olması hamiləliyə mane olan faktorlardandır.
Kişi spermasının sayı və keyfiyyətini artıran bir sıra qidalar mövcuddur.
Aparılan araşdırmalara görə, Omega3 sperma keyfiyyətinin artmasında effektlidir.
Bu səbəbdən mütəxəssislər həftədə iki dəfə omega 3 tərkibli qidaların yeyilməsini tövsiyə edirlər.
Mövsümündə yeyilən pomidor, spermaların sayı və keyfiyyətlərin artışında çox mühüm rol oynayır. Türkiyəli uroloqlar isə pomidorun eyni zamanda vücudu prostat xərçəngindən qoruduğunu bildiriblər.
Gündə 1 və ya daha çox yumurta yemək, sperma keyfiyyətinə müsbət təsir göstərir. Kolin, A və E vitamini baxımından zəngin olan yumurta, protein dəyəri cəhətdən də zəngin qidalardan biridir. Yumurtanı qaynadaraq yemək, həzmi də asanlaşdırır.
Fındıq, badam, qoz kimi yüksək omega 3 tərkibli meyvə quruları spermanın inkişafına müsbət təsir göstərir.
Sağlam yaşamağın əsas şərtlərindən biri kifayət qədər mayenin qəbul edilməsidir.Maye həmçinin spermanın keyfiyyətinə də müsbət təsir göstərir. Gündəlik 1-2 litr su içmək tövsiyə edilir.
Xüsusilə tünd şokoladının spermanın sayısının artmasında effektli olduğu bildirilir. İçərisində yüksək tərkibli kakao, selenium, potasium kimi faydalı minerallar mümkündür.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1