Dil:
Azərbaycanca
Saralmış dırnaqları necə ağartmalı? – Reseptlər
30 Aprel 2018 7809Dırnaqların saralması daha çox siqaret çəkənlərdə baş verir. Ancaq bununla yanaşı, tez-tez dırnaq boyası, kosmetik vasitələrdən istifadə edənlərdə də yarana bilər. Təqdim edəcəyimiz üsullarla dırnaqlarınızı daha rahat və asan ağarda bilərsiniz.
Diş məcunu ilə ağartma üsulu – Diş məcunu ağartma prosesində təsirlidir. Köhnə diş fırçasına bir miqdar diş məcunu çəkin və dırnaqlarınıza həddən artıq basmadan fırçalayın. Bunun üçün dırnaq fırçalarından da istifadə edə bilərsiniz. Mütəmadi fırçaladığınız zaman dırnaqlarınızın ağardığını görəcəksiniz.
Limon suyu və soda ilə də bu mümkündür. Bunun üçün yarım limonun suyunu 1 paket soda ilə qarışdırıb məcun əldə edin. Bu məcunu dırnaqlarınıza çəkin və fırçalayın. Mütəmadi istifadə edəcəyiniz təqdirdə limon suyu və soda qarışımı dırnaqlarınızı bəyazladacaq.
Əlinizdə açıq yara varsa bu üsulu sınamayın. Çünki limon suyu yaranızı yandıra bilər.
Oksigenli su və soda ilə dırnaqlarınızı ağarda bilərsiniz. Oksigenli suyun ağardıcı xüsusiyyəti var. İkisinin qarışımını dırnaqlarınıza tətbiq edə bilərsiniz. Bu zaman da fırçadan istifadə etməyiniz tövsiyə edilir.
Alma sirkəsi ağartma prosesində effektlidir. Sirkənin digər bir faydası da mövcuddur. Belə ki ağartma ilə yanaşı sizing əllərinizi göbələklərdən də qoruyacaq. Bunun üçün alma sirkəsini ilıq su ilə qarışdırıb 20 dəqiqə dırnaqlarınızı bu qarışımın içərisində saxlayın. Bunu həftədə 3-4 dəfə sınayın.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1