Dil:
Azərbaycanca
Saçlar niyə tökülür?
23 İyul 2018 10582Gün ərzində saçınızdan 100 tük tökülürsə normal qəbul edilir. Ancaq çox tökülürsə artıq hansısa problemdən qaynaqlana bilər. Bunu daha yaxşı müəyyənləşdirmək üçün saç çəkmə testi edilməlidir. Bu testdə 20-30 ədəd saç tutularaq çəkilir. Bu əsnada ələ gələn saçların sayı 5-dən yuxarı olarsa bu, saç tökülməsinin normadan artıq olması deməkdir.
35-40 yaşlarda olan qadınların 100-də 25-də, 40 yaşdan yuxarı olan qadınlarda isə 100-ün 50-də saçlarda tökülmə ola bilər.
Ətraf mühit, genetik səbəb də saç tökülmələrə səbəb ola bilər.
Bəs saç tökülməsinin digər səbəbi isə tiroid vəzindən qaynaqlana bilər.
Qadınların yumurtalığında yaranan problem də saç tökülməsi ilə nəticələnə bilər.
Hamiləlikdə yaranan hormonal dəyişikliklər də saç itkisinə səbəb ola bilər.
Qadınların klimaks dövründə belə saç tökülmələri ola bilər. Bu müddətdə bəzən dərman müalicəsi alınır. Bu isə saç tökülməsi ilə nəticələnə bilər. Klimaks dövründə qadınların təxminən 100-də 80-da saçlarda incəlmə görülə bilər.
Saç tökülməsinin əsas səbəblərindən biri istifadə edilən fenlər, kremlər, saç boyaları ola bilər. Bu səbəbdən bu növ məhsullardan istifadə zamanı diqqətli olmaq lazımdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1