Dil:
Azərbaycanca
Saçlarınızın forması tez sönürsə...
23 İyul 2018 11698Saçlar qadınların ən incə nöqtəsidir. Bəzi saçlar asan forma alsa da, əgər tez sönürsə, tez qarışırsa incə telli saçlara sahibsiniz deməkdir. İncə telli saçlar, genetik xüsusiyyətlərdən qaynaqlanır.
Belə saçlara sahibsəniz bu qulluq tərzini seçin.
Tez-tez yuyun – Saçların həcm qazanması üçün saçınızı tez-tez yusun. Hər yumada şampun istifadə etməyin.Yağlı saçların daha çox yağlanmasına, quru saçların daha çox qurumasına səbəb olur. Bu səbəbdən 2-3 dəfədən bir şampundan istifadə edin. Saçlarınızın daha asan açıldığını görəcəksiniz.
Boyalı və quru saçlara sahib qadınlar isə saç kremindən istifadə etməlidir.
Saçların da doğru kəsilməsi vacib məqamlardan biridir. İncə telli saçlarla uyğunlaşmaq üçün saç kəsimi çox vacibdir.
Sönməyə meyilli və həcmini tez itirən saçlar üçün adətən qatlı modellər seçilir. Çənə və çiyin hissəni keçdikdən sonra saçlarınız sönməyə başlaya bilər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1