Dil:
Azərbaycanca
Saç tökülməsi bu xəstəliklərin əlaməti ola bilər
07 Aprel 2018 10165Saç tökülməsinə bir neçə faktor səbəb ola bilər. Həmçinin bir sıra xəstəliklərin xəbərçisi ola bilər. Mütəxəssislər bu barədə xəbərdarlıq ediblər.
Saç tökülməsinin ən əsas səbəblərindən biri stresdir. Gündəlik 50 ilə 150 saç telinin tökülməsi normal olaraq qəbul edilir. Bu tökülməyin artığını müşahidə edirsinizsə mütləq şəkildə həkimə müraciət etməlisiniz. Həddindən çox saç tökülməsi insansa özgüvən azlığı, psixoloji problemlərə yol aça bilər.
Saç tökülmələrində genetik faktor da mühüm rol oynayır. Kişilərdə adətən 20 yaşdan genetik olaraq saç tökülməsi müşahidə edilə bilər.
Qadınlarda tökülmə daha çox seyrəlmə formasında olur. Müəyyən yaşdan sonra görülən saç tökülmələri adətən klimaks dövrü ilə əlaqəli olur.
Həmçinin hormonal səbəblərdən də tökülmə müşahidə edilə bilər.
Androgen hormonunun normaldan yuxarı olması saç tökülməsinə bir səbəbdir. Bununla yanaşı bir çox ginekoloji problemlərin nəticəsində də saçlar tökülməyə başlaya bilər. Bu səbəbdən mütəxəssislər saçı tökülən qadınların ilk olaraq ginekoloji müayinədən keçməsini tövsiyə edirlər.
Saç tökülməsi, tiroid vəzi, böyrək, revmatizm, ürək xəstəlikləri, hormonal pozuntular, diabet və anemiya kimi problemdən də baş verə bilər.
Sağlam olmayan saç kökləri vitamin və dəmir əksikliyinin əsas göstəricilərindən hesab edilir. Xüsusilə də D və A vitamininin əksik olması, dəmir, sinko, B12 əksikliyi saç köklərinin proteinlə qidalanmasına səbəb olur. Səbəb budursa müəyyən vitaminlərin qəbulu və tətbiqi ilə problemi aradan qaldırmaq mümkündür.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1