Dil:
Azərbaycanca
Sənin yerin hardadır?
06 Noyabr 2018 8305“Həyatda öz yerimi necə tapım?” Bu sualı oxuyanda hərə ona özünə məxsus şəkildə cavab verəcək. Ona görə də bu sualın cavabları az deyil.
Kimin üçün isə “həyatdakı yer” yaşadığı ərazi, cəmiyyətdə tutduğu mövqeyi, bəziləri üçün isə karyera, maddi təminatdır. “Həyatdakı yerini” incəsənətdə, tədqiqatlarda, təkrarolunmaz həyat yolu keçməkdə görənlər də aza deyil.
Mütəxəssislərdən biri “insan həyatda öz yerini necə tapmalıdır?” sualına zarafatla “öz yerində olmaqla”, - deyə cavab vermişdir. Əslində bu cavab ciddi məsələlərə aydınlıq gətirir. Məsələn, “başqa birisinin yerini” tapıb, onu tutmağa çalışsanız, bir neçə cəhddən sonra aydın olacaq ki, mövcud olduğunuz istənilən yer elə Sizin “öz yerinizdir”.
Sizin yeriniz - indi və burada tutduğunuz yerdir. Dünyaya gəldiyimiz gündən artıq hər birimizin özünəməxsus yeri var və bu yeri başqa birisi tuta bilməz! Təəssüf ki, əksər hallarda bu adi həqiqəti çoxları başa düşmür. Özünüidentifikasiya (özünümüəyyənləşdirmə) insan psixologiyasının ən ciddi psixoloji problemi olaraq qalır.
İnsanlar özlərinə “mən kiməm?”, “burada nə edirəm?”, “mənim missiyam nədir?” kimi suallar verib, “həyatdakı yerlərini” axtarmağa başlayırlar. Komfort və təhlükəsizlik hisslərinin, təmin olunması onlara kifayət etmir. Əsas fizioloji tələbatlar ödənildikdən sonra özünüifadə hissi aktuallaşır.
Ardı var.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1