Dil:
Azərbaycanca
Sürətli yeməyin zərərləri
27 Sentyabr 2018 6911Sürətli yemək vərdişi, başda mədə və bağırsaq xəstəlikləri olmaq üzrə, yaşayış tərzinə təsir göstərərək sağlamlıq problemlərinə yol aça bilər. Ancaq normal sürət isə yeyilən qidaları vücuda düzgün şəkildə ötürərək vitamin qazandırır. Bu barədə türkiyəli qastreontoloq məlumatlar verib.
Həzm, mədə ilə deyil, ağızdan başlayır. Ağızda çeynənilən qida maddələri daha kiçik parçalara bölünür, ağız suyu ilə qarışır. Bu qarışım həzmə kömək edir və qida maddələri mədənin həzmi üçün hazır vəziyyətə gəlir.
Sürətli yemək nəticəsində isə qida maddələri mədəyə tam həzm olunmamış bir halda və daha böyük loxmalar şəklində çatır. Qidalar həzm üçün hazır olmadığından mədə daha çox fəaliyyət göstərir və yorulur. Bununla yanaşı həzmsizlik, yanma, şişkinlik və ağrı kimi şikayətlər ortaya çıxa bilər.
Sürətli yemək doymaq duyğusunu insan beyninə gec çatmasına səbəb olur. Çünki normal şəraitdə yeməyin mədə tərəfindən qəbulu və bunu beyinə çatdırıması təxminən 20 dəqiqə vaxt alır. Ancaq sürətli yemə zamanı bu məlumat beyinə çatana qədər normadan artıq qidanın qəbulu baş verir. Bir müddətdən sonra isə sürətli yemək xroniki hal almağa başlayır. Bu isə həzmlə bağlı problemlərə, piylənməyə gətirib çıxara bilər.
Artıq çəki isə diabet, ürək-damar xəstəlikləri, infakt kimi xəstəliklərin riskini artırır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1