Dil:
Azərbaycanca
Rota virus nədir?
18 Sentyabr 2018 10800Son zamanlar 2-3 yaşlı uşaqlar arasında rota virusu kəskin şəkildə artıb. Pediatrlar peyvəndlə xəstəliyin təsirinin azaltmağın mümkün olduğunu qeyd ediblər.
Rota virusu ishal, qusmaqla xarakterizə edilən xəstəlikdir. Adətən əksər uşaqlar 3 yaşına qədər bu virusa yoluxurlar. Virus infeksiyası vücudda maye itkisi yaradır.
Virus incə bağırsaqdakı hüceyrələrdə artır. Virusun əlamətləri isə yoluxduqdan 48 saat sonra başlayır. Yüksək qızdırma, ishal əsas problemlərdən birinə çevrilir. Həmçinin şiddətli qusma halları da baş verə bilər. Bu zaman bəzi uşaqlarda isə sistem vurulmasına ehtiyac yarana bilər.
Hər il dünyada 440 min uşaq rota virusu səbəbilə həyatını itirir.
Rota virusu peyvəndi, digərlərindən fərqli olaraq ağız yolu ilə qəbul edilir. Ancaq bu peyvənd əksər zaman kiçik yaşlarda tətbiq edilir.
Bu xəstəlik zamanı uşaqların gigiyenik təmizliyinə xüsusi diqqət göstərmək lazımdır.
Qeyd edək ki, virusa yoluxmuş körpənin pampersini dəyişən şəxsin, əllərini sabunla yaxşı yuması tövsiyə edilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1