Dil:
Azərbaycanca
Qocalma geriyə qaytarılmağı heç cürə mümkün olmayan fizioloji prosesdir.
Lakin müəyyən şəraitdə (sağlam həyat tərzi, aktivlik, düzgün qidalanma) bu prosesi yubatmaq olar.
Alimlər bu məsələni daim nəzarətdə saxlayır və təcrübələr aparırlar.
Amerikalı alimlər müəyyənləşdiriblər ki, qocalmanın əsas səbəbi ürəyin taqətdən düşməsidir. Bu neqativ prosesi yubatmaq üçün təkcə fiziki hərəkətlər və düzgün qidalanma yetərli deyil.
Bu faktı müəyyənləşdirən klinisistlər tənəffüs gimnastikasına dair xüsusi müalicəvi bədən tərbiyəsi kursu işləyib hazırlayıblar. Bu kursun əsasını tənəffüs gimnastikası təşkil edir.
Mütəxəssislərin sözlərinə görə, bu metodika ilə müntəzəm məşğul olmaq ürək-damar sisteminin işini xeyli dərəcədə yaxşılaşdırır, təkcə ürəyin deyil, bütün orqanizmin qocalma prosesini yubadır.
Belə müalicənin bir həftəlik kursu gündəlik yarım saatlıq tənəffüs gimnastikasından ibarətdir ki, bu zaman ürək döyüntüsü 4 dəqiqə ərzində praktik olaraq maksimum həddə çatır. Bundan sonra 3 dəqiqəlik istirahət edilir və hərəkət təkrar olunur. Davamlılığı 7-8 dəqiqə olan hərəkəti 4 dəfə təkrar etmək lazımdır.
Klinik təcrübənin praktik hissəsindən sonra müəyyənləşdirilmişdir ki, 60-65 yaşlı insanların 75% hallarda arterial təzyiq göstəriciləri və əhvalları stabilləşib.
Klinisistlər bu tənəffüs hərəkətlərini təkcə müalicə üçün deyil, həmçinin, profilaktika məqsədilə yerinə yetirməyi tövsiyə edirlər. Bu, ürək-damar xəstəliklərini istisna etməsə də, onların inkişaf riskini minimuma endirir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1