Dil:
Azərbaycanca
Siqaretdən istifadə ağız xərçəngi riskini 5 qat yüksəldir
19 Fevral 2018 16245Siqaretdən imtina isə orqanizmdə inanılmaz dərəcədə möcüzəvi dəyişikliklər yaradır.
Siqaret çəkmək hər kəsin düşündüyündən daha çox təhlükəlidir. Siqaret diş problemlərindən başlayıb, ağız xərçənglərinə qədər bir çox ciddi xəstəliklərin başlanğıcıdır.
Səhiyyə Elmləri universiteti, Diş Həkimliyi fakültəsinin mütəxəssisi Canan Uzun, ağızda meydana gələn xərçəng növlərinin bu səbəbdən olduğunu qeyd edib:
“Bütün araşdırmalar siqaret istifadə edənlərin ağız xərçənginə tutulmaq riskinin daha yüksək olduğunu göstərir. Bu risk payı 2-dən 5 qata qədər yüksəlir. Bu, həmçinin istifadə edilən siqaret sayısı ilə də əlaqədardır”.
Siqaretin insan vücuduna verdiyi zərər hər keçən gün artır.
Araşdırmalar təsdiq edib ki, siqaretdən istifadə inkişaf etmiş ölkələrdə azalsa da , inkişafda olan dövlətlərdə isə bunun əksinə olaraq artaraq yaranan asıllıq daha çox artır.
Qeyd edək ki, tütün dumanında 4 mindən çox kimyəvi maddə mövcuddur. Bunların 80-dan çoxu isə xərçəng xəstəliyini yaradan xüsusiyyətə malikdir.
Araşdırmalar göstərir ki, ağciyər xəstələrinin 10-dan 8-i siqaretdən istifadə edənlərdir.
- Nəbziniz, vücud istiliyi normala dönər.
- Öskürək azalar və 3 ay ərzində yoxa çıxar.
- Bəlğəm miqdarı 2 həftədə yarı-yarıya azalar.
- Nəfəs alıb-vermək asanlaşar.
- Qoxu və dad alma funksiyası daha da yaxşılaşar.
- İmmunitet sisteminiz güclənər.
- Diş və barmaqlarınızda yaranan sarı ləkələr yox çıxar.
- İnfarkt riski ilk günlərlə müqayisədə azalar. 1 ilin sonunda bu risk payı 50 faiz azalır.
- Beyin qanaxması və ayaqlardakı damar xəstəliyi riski 100-də 30-50 aralığında azalır.
- Ağciyər xəstəliklərinin ortaya çıxma qorxusu azalır.
- Vaxt keçdikcə tənəffüs yolu problemləri fərq ediləcək qədərilə azalır.
5 ildən sonra isə ağız, udğum, qida borusu xərçəngi riski azalır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1