Dil:
Azərbaycanca
Polineyropatiya xəstəliyi nədir?
01 Mart 2018 23554Polineyropatiya vücuddakı sinirlərin funksiyasının itməsinə səbəb olan xəstəlikdir. Vücudumuzdakı hər orqan (ürək, dəri, göz, bağırsaqlar, əzələlər və s.) beyin və onurğa iliyindən siqnallar alaraq fəaliyət göstərirlər. Bunlar sinirlər vasitəsilə baş verir. Xəstədə əzələ sinirlərində zədələr yaranıbsa güc itkisi, dəri həssaslığını ötürən sinirlər zədələnibsə uyuşma, göz sinirində problem yaranan zaman isə cüt görmələr, üz sinirlərində yaranan problemlər zamanı isə ifliclər yarana bilər. Polineyropatiya tək bir xəstəlik deyil. Bu xəstəliyin bir çox tipi var. Başqa xəstəliklərin nəzdində polineyropatiya yarana bilər.
Qollarda və ya ayaqlarda gücsüzlük, uyuşma, yanma, ağrı hiss edilir. Qəbizlik, tualet ehtiyacını tuta bilməmək, cüt görmə kimi problemlər də yarana bilər.
Sinirlərin immunitet sisteminin yanlış çalışması səbəbi ilə ortaya çıxan nevroloji xəstəliklər də polineyropatiya yarada bilər. Daxili xəstəliklər arasında polineyropatiyaya səbəb olan xəstəliklərin başında diabet durur. Tiroid xəstəliyi də sinirlərin zədələnməsinə səbəb olur.
Bununla yanaşı genetik səbəbli polineyropatiya da vardır.
Polineyropatiyada müalicə üçün öncə altda yatan səbəb araşdırılmalı və ortadan qaldırılmaldır. Bu, iltihab, mikrob səbəbli ola bilər. Əgər sadəcə sinirin iltihablanması ilə bağlıdırsa maddələr mübadiləsini bərpa edən müalicələr tətbiq edilir. Bundan əlavə qan dəyişimi, intravenoz və s. müalicələr tətbiq olunur.
Qeyd edək ki, müalicə əsnasında ilk olaraq başqa xəstəliyin olub-olmaması,istifadə edilən dərmanlar öyrənilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1