Dil:
Azərbaycanca
Hansı tatuaj rənglərini silmək mümkünsüzdür?
27 Fevral 2018 15617Son zamanlar tatuaj döydürmək trendə çevrilib desək yanılmarıq.
Tatuaj mütəxəssis tərəfindən vurulmalıdır.Əks təqdirdə dəri xəstəliklərindən hepatit C-ə qədər yoluxmaq qaçınılmaz olar.
Bu bəzək növünün silinməsi isə döydürməkdən daha məsuliyyətli və çətindir.
Türkiyəli estetik cərrahiyyə mütəxəssisi Tarık Çavuşoğlu bu haqda maraqlı və vacib məlumatlar verib. Onun sözlərinə görə, açıq rəngli tatuajı silmək tünd rənglilərlə müqayisədə daha çətindir.
Tatuaj vurdurmazdan öncə iki dəfə düşünmək lazımdır. Əks halda peşmanlıq baş verə bilər. Döymə xüsusilə də gənclər arasında çox yayılıb. Bir anlıq həvəslə etdirənlər bir ildən sonra bəzən çox peşman olurlar.
Bir çox gəncin öz sevgilisinin adını vücuduna döymə etdirdiyini bildirən mütəxəssis, sonra ayrılıqlar yaşadığı dövrlərdə qalıcı tatuajların onların psixologiyasına mənfi təsir etdiyini və ciddi problemlər yaratdığını qeyd edib:
“Professional şəkildə vurulan tatuajları silmək daha asandır, nəinki qeyri-peşəkar tərəfindən edilən prosedur”.
Burada ilk məqsəd dərinin daxilinə yeridilmiş rəngli maddələri lazer şüası vasitəsilə parçalamaqdır. Çalışılmalıdır ki bu zaman ətraf nahiyyələrə zərər verilməsin. Parçalanmış pigment ləkələri vücudun qorunma hüceyrələri tərəfindən silinir. Bu prosedur ən az 5 seans davam edir.
Mütəxəssis tatuajın silinməsi zamanı rənglərin əhəmiyyətini vurğulayıb: “Bu zaman istifadə edilən boyalar, onların keyfiyyəti çox əsasdır. Həmçinin hansı üsulla dəriyə işlənməsi silinməsi baxımından vacibdir. Qara, mavi, qəhvəyi, boz rəngləri bütün işıq şüalarını özündə daha yaxşı əks etdikləri üçün bu rənglərlə olan dövmələri silmək daha asandır. Qırmızı, bənövşəyi, narıncı rəngləri də təmizləmək nisbətən asandır. Açıq mavi və yaşıl tatuajları fərqli şüalarla çıxarmaq mümkündür. Ən sevmədiyimiz və çətin rəng isə sarı və yaşıldır. Düzdür fərqli alətlərlə bu rəngləri də parçalamaq mümkündür, amma çətin və ağrılıdır. Bəzən çıxarılması mümkün olmayan rənglərdə cərrahi üsuldan istifadə edilir. Ümumilikdə isə tünd rəngləri silmək daha rahatdır”.
Nəzərinizə çatdıraq ki, dövmə zamanı boyadan nə qədər çox istifadə edilərsə, silinməsi prosesində seanslar bir o qədər artar.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1