Dil:
Azərbaycanca
Hamiləlikdə nə zaman vitamin qəbul edilməlidir?
01 Mart 2018 15370Hamiləlik zamanı vücudun vitamin və minerallara tələbi daha çox artır.
Planlı hamiləlikdə, bu yola daxil olmamışdan 3 ay öncə vitamin qəbuluna başlanılmalıdır. Qidalardan alınan vitamin və minerallar həm uşağa, həm də anaya kifayət etməyə bilər.
Hamilələr isə ilk olaraq düzgün qidalanmalıdırlar. Vitamin preparatları təbii qidanın yerini tuta bilməz.
Türkiyəli ginekoloq Petek Arıoğlu, hamiləlik müddətindən danışıb. Həmin vacib tövsiyələri sizə təqdim edirik:
Folik asid: Hamiləliyin ilk həftələrində dölün beyin və onurğa iliyi ilə əlaqədar problemləri ən aza endirmək üçün gündə 0,4 mg folik asid qəbulu gərəklidir. Eyni anda mineral olaraq dəmir, kalsium,maqnezium, yod tərkibli qidalar qəbul edilməlidir.
Dəmir: Hamiləliyin ilk aylarında dəmirin qəbulu çox vacibdir. Əksikliyi, erkən doğuş və ya düşüyə səbəb olar. C vitamini dəmirin sovrulmasını artırmaq üçün hamiləlik zamanı alınması vacib olan antioksidan vitaminlərdəndir.
Kalsium: Bu müddətdə kalsium ehtiyacı artır. Bu səbəbdən yetərli qədər süd və süd məhsulları qəbul edilməlidir. Əgər bu tip qidalar qəbul edilmirsə, 1000 mg kalsium preparatı alınmalıdır.
Uşağın zəka inkişafı üçün hamiləlik müddətində A, E, B1, B6 vitaminlərini yetərli miqdarda alınması mühümdür.
- C vitamini
- E vitamini
- Selenium
- Omega 3
Antioksidan vitaminlər xüsusilə kök, qovun kimi meyvə və tərəvəzlərin tərkibində olur. Belə qidalar bol şəkildə qəbul edilməlidir. Bu, həmçinin bağırsaqların fəaliyyətinə müsbət təsir göstərir.
Qeyd edək ki, hər hamilə qadının fərqli vitamin qəbulu ola bilər. Bu səbəbdən ilk gündən etibarən ginekoloq nəzarəti altında olmalısınız.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1