Dil:
Azərbaycanca
Gizli irəliləyən xəstəlik – Vərəmin əsas əlamətləri
12 Mart 2018 22070Xalq arasında bilinən vərəm, irəliləyən və dünyada ən çox ölümə səbəb olan xəstəliklərdən biri olaraq bilinir. Tənəffüs yolu vasitəsilə yoluxa bilər.
Türkiyəli mütəxəssis Füsun Soysal vərəm xəstəliyi və müalicəsi haqqında məlumat verib. Vərəm infeksiya xəstəliyidir. Bundan əlavə yeməklərlə, qaşıqlarla, bıçaqla belə yoluxmaq mümkündür. Ancaq bu o demək deyilki infeksiyaya yoluxan hər insanda bu xəstəlik inkişaf edəcək.
Düzgün qidalanmamaq stress və vərəmə yol açır. Tüberklyozun meydana çıxması üçün şəxsin immunitet sistemi tamamilə aşağı düşməlidir. Yaşlılar və uşaqlar xəstəliyə daha tez yoluxurlar.
Yuxusuzluq, stress, içki, siqaret kimi vərdişlər immunitet sistemini aşağı salır. Bunların xaricində əməliyyat keçirənlər, böyrək, qaraciyər, ürək, astmadan əziyyət çəkənlər də bu xəstəliyə daha tez yoluxa bilər.
Vərəm gizli irəliləyə bilər, aylarla əlamətləri anlaşılmaya bilər. Halsızlıq, yorğunluq, öskürəklər müşahidə edilə bilər.
- Uzunmüddət davam edən öskürək
- İştahsızlıq
- Sinə ağrıları
- Axşam yüksələn qızdırma
- Nəfəs darlığı
- Halsızlıq
- Çəki itirmək
- Ağızdan qan gəlməsi
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1