Dil:
Azərbaycanca
Gündə 3 fincan qəhvə bu xəstəliklərdən qoruyur
24 Fevral 2018 12859Çox qəhvə içən insanlarda şəkərli diabet, ürək problemləri, qocalma və bəzi xərçəng növlərinə daha az rastlanır.
Bu son aparılan araşdırmalar zamanı məlum olub.
Dünya səviyyəsində aparılan bir araşdırma, qəhvənin bilinməyən faydalarını açıqlayıb.
Elm adamları hamilə qadınlar istisna olmaqla, digərləri gündə 3-4 fincan qəhvə içməyin orqanizmə çoxlu xeyirlərinin olduğunu bildiriblər.
200-dən çox fərqli araşdırmalar bu qənaətə gəlməyə səbəb olub. Erkən ölüm və ürək xəstəlikləri risklərinin qəhvə içməyənlərə görə, daha aşağı olduğu bilinib.
İngiltərədə yerləşən Souhthapmton universitetindəki araşdırma kollektivi qəhvənin həmçinin diabet, qaraciyər, xərçəng xəstəlikləri riskini də aşağı saldığını açıqlayıb.
Universitetdə işləyən Robin Poole tərəfindən idarə edilən “Çətir araşdırma” adlı 201 təcrübələr nəzərdən keçirilib.
Britaniyanın tibbi jurnalında yayımlanan araşdırmada, poolenin kollektivi mütəmadi qəhvə içməyin güvənli olduğu yazılıb. Erkən ölüm riski gündə 3 fincan qəhvə içən insanlarda daha aşağıdır. Prostat, dəri, qaraciyər xərçəngi, 2-ci növ diabet, öd kisəsi kimi xəstəliklərinin də qəhvə içən insanlarda daha az müşahidə edildiyi təsdiqlənib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1