Dil:
Azərbaycanca
Elektron siqaretlər səhhət üçün daha çox təhlükəlidir
19 Fevral 2018 16478Əksər insan siqaret vərdişindən xilas olmaq üçün elektron siqaretlərdən istifadə edirlər. Ancaq Dünya Səhiyyə Təşkilatı elektron siqaretlərin səhhət üçün çox ağır fəsadlar törədə biləcəyini açıqlayıb. Təşkilat tərəfindən aparılan araşdırlamalar zamanı, elektron siqaretlərin dumanının tərkibində normal siqaret dumanı ilə müqayisədə daha çox miqdarda ağır metal və zərərli maddələr təsbit edilib.
Türkiyənin 19 May universitetinin tibb fakültəsinin mütəxəssisi Meftun Ünsal, bu növ siqaretlərin də asıllılıq yarada biləcəyini qeyd edib:
“Elektron siqaret güvəniləcək üsul deyil. Alıcıya satlan nikotin tərkibli bir alət vasitəsidir. Tərkibindəki kimyəvi maddələr asıllıq və xəstəlik yaradır”.
Bir çox amerikalı alimlər də belə siqaretlərin dumanında qalay, gümüş, dəmir, aliminium maddələrinin olduğunu vurğulayıblar.
Bu vasitə ilə dəri daha çox nikotin alır və bu da zəhərlənmələrə yol açır. Bu siqaretlər də məhz bu səbəbdən insanda asıllığa səbəb olur. Həmçinin nəzarətsiz və yüksək miqdarda istifadə edildiyi zaman mədə- bağırsaq sistemində pozuntular yarana bilər. Baş ağrısı, ürək döyüntüsünün artışı, ağız və dəridə bir çox xəstəliklərin də yaranmaq riski yüksəlir.
Siqareti tərgitmək üçün istifadə edilən elektron siqaretlər öz təsdiqini elmi olaraq da tapmayıb. Siqaretlərin satışı sadəcə bir çoxları üçün biznes xarakteri daşıyır. Yarana biləcək xəstəliklər təəssüf ki, bununla da kifayətlənmir. Zərərli dumanlar ağciyəri zədələyərək onun iltihablaşmasına yol aça bilər. Bu səbəbdən mütəxəssislər bu növ siqaretlərdən istifadəni məqbul hesab etmirlər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1