Dil:
Azərbaycanca
Anadangəlmə ürək qüsuru demensiya yaradır?
01 Mart 2018 14131Məlumdur ki, ürək qüsurunun anadangəlmə formaları epileptik tutmalara və hətta erkən yaşda autizmə səbəb ola bilər. Lakin alimlərin son tədqiqatları onu göstərib ki, belə kardioloji xəstəliklər həm də qocalıq ağıl zəifliyinə, yəni demensiyaya da səbəb ola bilər. Tədqiqatı Orxusk universitetinin alimləri aparıblar. Klinisistlər 10 000-dən çox vəziyyəti analiz edib müəyyənləşdiriblər ki, anadangəlmə ürək qüsuru olan pasiyentlərin 60%-nə 65 yaşdan sonra demensiya diaqnozu qoyulub. Bu iki patoloji prosesin bir-birilə nə üçün bağlı olduğunu hələ ki, müəyyənləşdirmək mümkün olmayıb. Ona görə də gələcəkdə daha dərin kliniki tədqiqatların aparılmasına ehtiyac var.
Bununla yanaşı, klinisistlər qocalıq demensiyasının profilaktikası və müalicəsinə dair daha bir maraqlı tədqiqat aparıblar. Məlum olub ki, patoloji prosesi qara qarağat ekstraktı vasitəsilə yubadmaq mümkündür. Bu yolla yaddaş və koqnitiv bacarıqları da yaxşılaşdırmaq olar.
Ona görə də risk qrupuna daxil olan adamlar mütləq müvafiq vitaminlər qəbul etməlidirlər. Bu, qocalıq xəstəliklərini istisna etməsə də, patoloji prosesin əmələ gəlmə ehtimalını əhəmiyyətli dərəcədə aşağı salır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1