Dil:
Azərbaycanca
Limon haqqında doğru bilinən yanlış
14 Avqust 2018 8482Statistikaya görə, hər 3 insandan biri yüksək təzyiqdən əziyyət çəkir. Təzyiqin təsbit edilməsinin tək yolu qan təzyiqini ölçməkdir. Bu səbəbdən orta və irəli yaşlarda qan təzyiqi mütəmadi aralıqlarla ölçülməlidir.
Yüksək təzyiqinin 140, kiçik təzyiqin isə 90 olması yüksək təzyiq hesab edilir. Bu vəziyyət bütün yaşlarda görülür. Xüsusilə də irəli yaşlarda müşahidə edilir.
Bəziləri limon və sarımsağın təzyiqin aşağı salacağını bildirirlər. Mütəxəssislər isə bunun yanlış olduğunu qeyd edirlər. Türkiyəli mütəxəssislər sadəcə bu fikrin insanları rahatlaşdırdığını, əslində isə təsiri olmadığını vurğulayıblar.
Limonun müəyyən qədər faydalı ola biləcəyini qeyd edən həkimlər, bu meyvənin qan təzyiqini aşağı salsa da düşünülən qədər mühüm təsirinin olmadığını bildiriblər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1