Dil:
Azərbaycanca
Koronovirus haqqında bilinməyənlər - Açıqlamala
26 Mart 2020 10967Çinin Uhanda şəhərində yaşayan və tibb fakültəsinin həkimi olan Li Yufenq maraq doğuracaq açıqlamalar edib. O, koronavirusun kişilərdə sperma keyfiyyətinə mənfi təsir etdiyini bildirib. Həkim açıqlamanı sosial şəbəkədə qeyd etdikdən bir müddət sonra şərh veb səhifəsindən silinib. Buna səbəb olaraq isə ispat edilmiş faktların yetərli olmadığı qeyd edilib.
Türkiyənin androloqu Emre Bakırcıoğlu faktla bağlı məlumat verib:
“Sars virusunda olduğu kimi Covid-19-da da viruslar insanda hüceyrələrə daxil olaraq toxumalara zərər verir. Bu da ağciyərlər kimi, ürək, böyrək, tiroid, həmçinin cinsi orqana zərər verə bilər. Həmin həkimin verdiyi açıqlama SARS virusu üçün daha keçərlidir”.
Koronovirusu dərindən araşdıran alimlər yeni izlər daha tapıblar. Belə ki, ilk əlamətləri soyuqdəymə olaraq bilinsə də bunların daha irəliki vəziyyətlərdə üzə çıxdığını dilə gətiriblər. Son məlumata görə, korona, yüksək qızdırma, ishal, baş, boğaz ağrısı, quru öskürək kimi simptomlarla özünü biruzə verir.
Koronovirusun günbəgün vücuda necə nüfuz etdiyini təqdim edirik:
1-3 gün
Soyuqdəymə və qripə bənzər əlamətlər
Yüngül qızdırma və boğaz ağrısı
İmmunitet zəifdirə mədə bulantısı və ishal görünə bilər.
4-cü gün
Boğaz ağrısı şiddətlənir
Səs tutulur.
Yemə-içmədə yaşanılan çətinlik başlayır.
5-ci gün
Boğaz ağrısı şiddətlənir
Vücudu idarə etmək çətinləşir
Oynaq ağrıları yaranır.
6-cı gün
Quru öskürək başlayır.
Danışan zaman şiddətlənən boğaz ağrısı
Halsızlıq başlayır. Mədə bulantısı artır.
Nəfəs almaqda çətinlik başlayır.
İshal və qusma baş verir.
7-ci gün.
Qızdırma 38-ə yüksəlir.
Öskürək şiddətlənir.
Qusma daha da artır.
8-ci gün
Nəfəs darlığı yaranır.
Öskürəklə birlikdə oynaq ağrılar artır.
İstilik 38-i keçər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1