Dil:
Azərbaycanca
Koronavirusa qarşı peyvəndin sınaq müddəti başladı
22 Mart 2020 9044Koronavirus xəstəliyi ilə bağlı ölüm və yoluxma halları hər keçən gün artır. Gözlənilən xəbər isə ABŞ-dan gəldi. Xəbər agentliklərindən olan Associated Press ölkədə ilk koronavirusa qarşı peyvəndin test ediləcəyini bildirib. Belə ki, ilk dəfə bu peyvənd 45 yaşında birinə tətbiq ediləcək. Qeyd edək ki, həmin şəxs sağlamdır və korona daşıcılığı yoxdur. Tətbiq olunacaq bu testdə peyvəndin əks təsirləri də araşdırılacaq. Ancaq bu, müvəffəqiyyətlə sonlansa belə istehsalı və satışa buraxılması zaman alacaq. Bir peyvəndin istehsalının 8 aya başa gələcəyi bildirilir.
Nəzərə çatdıraq ki, koronavirus 150 ölkəyə yayılıb. Dünya miqyasında isə 169.387 insana yoluxub. Bunlardan 77.257-i xilas olub, 6.513-ü isə həyatını itirib. Ən çox ölüm hadisəsi isə 3.99 nəfərlə Çində baş verib. Çindən sonra isə İtaliya ikinci yerdə durur. Burada yoluxanların sayı 24 mindən çoxdur.
İtaliyada hazırda fövqaladə hal elan olunub və hər kəs karantina altındadır.
Bəs Koronavirus xəstəliyi necə başlayır?
Qızdırma ilə başlayan xəstəlik daha sonra quru öskürəklə müşayiət olunur. Bundan bir həftə sonra tənginəfəslik əmələ gəlir və bəzi hallarda xəstələrin xəstəxanaya aparılmasına ehtiyac yarana bilər. Ancaq simptomların olması sizin koronavirusa tutulduğunuz anlamına gəlmir. Çünki, soyuqdəymə və qripin də simptomları belədir.
Xəstəliyin kəskin halları sətəlcəmə, ağır kəskin tənəffüs sindromu, çoxsaylı orqan çatışmazlığı və hətta ölümə də səbəb ola bilər.
Xəstəlik barəsində həkimlər vacib məqamları açıqlayıblar. Belə ki, əksər insan asqıran zaman ağzını əli ilə tutur. Bu tamamilə yanlışdır. Belə ki, asqıran zaman ağzınızı ya salfet, dəsmalla və ya qolunuzla tutmalısınız. Əlinizi vurduğunuz zaman mikroblar əliniz vasitəsilə gözünüzə, burnunuza daxil olur. Bu isə xəstəliyin yaranması üçün şərait yaradır.
Ümumdünya Səhiyyə Təşkilatı-nın 56 min pasiyent arasında apardığı sorğu nəticəsində aydın olub ki, yoluxanların hər beş nəfərindən dördündə simptomlar mülayim olur.
Daha dəqiq, yoluxanların 80 faizində simptomlar yüngül, 14 faizində kəskin, 6 faizində isə kritik olub. Xəstəlikdən ölənlər 1-2 faiz təşkil edib, lakin bu məlumatlar dəqiq deyil.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1