Dil:
Azərbaycanca
İştahı azaldan qidalar
21 Avqust 2018 9547Bəzi qidalar var ki bunlar həm toxluq yaradır həm də iştahı azaldır.
Həmin qidaları təqdim edirik:
Yumurta – Səhərləri bu növ vitamin qaynağından əl çəkməyin. Yumurtanın hamısı proteindir və kifayət qədər toxluq hissi verir. İki incə dilim qara çörək, az miqdarda yağsız pendir və bir ədəd yumurta ilə edəcəyiniz səhər yeməyi, gün ərzində sizi tox tutacaq, həmçinin sonra gec acacaqsınız. Bununla yanaşı vücudunuz kifayət qədər proteinlə zənginləşəcək.
Xolestrin sadəcə yumurta sarısında mövcuddur. Bunun yarıdan azı bağırsaqdan əmilir. Qeyd edək ki, kolbasanın üzərinə yumurta salaraq yeyilməsi bu qəbilədən sayılmır.
Armud, heyva və almada şəkərinizi və xolestrinizi aşağı salmağa yardım edən liflər mövcuddur. Armuddakı və heyvadakı lif miqdarı almadan daha çoxdur. Alma və armud sizə toxluq bəxş edəcək. Hər aclıq hissi gəldiyində yesəniz əsas yemək zamanlarını gecikdirmiş olacaqsınız.
Ancaq bunu qeyd edək ki, yumşaq armud əvəzinə sərt armudlar seçilməlidir. Yemək arası atışdırmaq üçün alma qurusu seçilə billər. Ancaq təbii ki armud ya da heyvadan hazırlanmış şirniyyatlardan uzaq durmalısınız.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1