Dil:
Azərbaycanca
İş yerində belə davranın – Yoxsa...
03 Avqust 2018 6998Bir çox insan iş yerində əsəbi və gərgin olur. Psixoloqlar isə iş yerlərində də davranmağın formalarının olduğundan bəhs ediblər.
Özünüzə qarşı hörmətcil olmalısınız, ən azı digərlərinə olduğunuz qədər.
Günorta yeməyinizi özünüzü xoşbəxt etmək üçün istifadə edin.
Yeməyinizi yeyən zaman nə yediyinizin fərqində olun. (bəzən iş çoxluğundan sadəcə qarnınızın doymasına fürsət verə bilirsiniz).
Öz-özünüzə deyinmək, bir şeyi kifayət qədər yaxşı etmədiyinizi düşünmək arabir baş verə biləcək düşüncə tərzidir. Unutmayın ki bir çox insan “dolandırıcı sindrom”dan əziyyət çəkir.
Bu sindroma sahib insanlar əslində olduqları kimi davranmadıqlarını, olduqları yerə özlərini aid etmədiklərini bildirirlər. Gerçək budur ki, birlikdə çalışdığınız insanlar, nə qədər özgüvənli görünsələr də özlərindən şübhə duyarlar. Bu insanın təbiətində var.
Özünüzlə dost olun – Çox eşitsəniz də bu sözə əməl edənlər təəssüf ki azdır. Öz üzərinizə çox yükləndiyinizin fərqinə vardığınız zaman sizə eyni problemlə gələn bir dostunuzun olduğunu düşünün. Həmin dostunuza nə məsləhət verərdiniz? Deyəcəyiniz sözlərə özünüz əməl edin.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1