Dil:
Azərbaycanca
Hiperprolaktinemiya nədir?
12 İyul 2020 11132Hiperprolaktinemiya, qanda normadan artıq miqdarda prolaktin hormonunun mövcudluğu vəziyyətidir. Həm qadına həm də kişilərə təsir göstərir. Qadınlarda hamiləlik və əmizdirmə müddətində tamamilə normal qəbul edilir ancaq digər zamanlarda xəstəlik və dərman istifadəsi səbəbiylə ortaya çıxa bilər. Menstruasiyanın olmaması, sonsuzluq, hamiləlik olmadan süd vəzilərinin süd yaratması kimi simptomlara səbəb ola bilər.
Hiperprolaktinemiya zamanı bir insanın qanında prolaktin hormonu normal səviyyədən yüksək olur. Prolaktinin əsas funksiyası doğuşdan sonra ana südü istehsalını yaratmaqdır. Bu səbəbdən hamiləlikdə yüksək prolaktin səviyyələri normaldır. Prolaktin həm qadınlarda hə də kişilərdə cinsəllik hormonlarının səviyyələrinə təsir edər.
Ən çox yayılan səbəbi prolaktinoma adlandırılan hipofiz toxumasındakı böyümə və ya şişdir. Bu şiş, böyük və ya kiçik ola bilər. Adətən xoşxassəli olur. Böyük şişlər baş ağrılarına, görmə problemlərinə və ya hər ikisinə səbəb ola bilər. Qadınlarda kişilərə nisbətən daha çox müşahidə edilir. Uşaqlarda isə nadirən görünür.
Səbəbləri aşağıdakılar ola bilər:
Aşağı tiroid hormonları
Qaraciyər serrozu
Xroniki böyrək çatışmazlığı
Antidepressantlar
Estrogen və s.
Həm qadınlarda həm də kişilərdə sonsuzluğa, sümük itkisinə səbəb ola bilər. Qadınlarda aşağıdakı əlamətlər görülə bilər:
Vaginal quruluq
Menstruasiya problemləri
Hamiləlik və əmizdirmə müddəti xaricində süd vəzilərindən südün gəlməsi
Kişilərdə:
Erektil disfunksiyası
Jinekomasti adlandırılan məmə böyüməsi
Vücud tüklərində azalma
Bəzən baş ağrıları ilk əlamət ola bilər.
Bu problemin müalicəsi necə aparılır?
Müalicənin məqsədi prolaktini normal səviyyəyə endirməkdir. Dərman, radiasiya, cərrahi müdaxilə belə ola bilər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1